Icma.az
close
up
RU
Sərt şərtlər yumşaldılır...

Sərt şərtlər yumşaldılır...

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

“Kommersant” diqqəti Səudiyyə Ərəbistanına yönəldib

ABŞ-Rusiya münasibətlərinin normallaşması üzrə ikitərəfli dialoqun bərpası istiqamətində təmaslar intensivləşib - fevralın 15-də Vaşinqtonun təşəbbüsü ilə ABŞ Dövlət Departamentinin katibi Mark Rubio ilə Rusiya Federasiyasının XİN rəhbəri Serqey Lavrov arasında telefon danışığı baş tutub. Qeyd edək ki, bundan əvvəl ABŞ və Rusiyanın Prezidenti Donald Tramp və Vladimir Putin telefon danışığı aparıb. 

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə,  telefon görüşü zamanı Lavrov və Rubio Rusiya-ABŞ münasibətləri, həmçinin son beynəlxalq proseslərlə bağlı məsələləri müzarə ediblər. Hər iki tərəf Rusiya-ABŞ münasibətlərindəki problemləri həll etmək üçün təmasları davam etdirmək və iki ölkə arasında qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası dialoqun bərpası istiqamətində birgə addımlar atmaq, o cümlədən Tramp-Putin görüşünə hazırlıq  barədə razılığa gəliblər. Bununla yanaşı, baş diplomatlar Ukrayna və Qəzzadakı münaqişə, eləcə də Suriyada hazırki vəziyyət ətrafında da fikir mübadiləsi aparıblar.

Eyni zamanda Rusiya Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamenti tərəfindən qarşılıqlı təmaslarda maneləri aradan qaldırmaq üçün  yaxın vaxtlarda ekspertlərdən ibarət işçi qrupunun yaradılacağı və qrupun ilk görüşünün keçiriləcəyi gözlənilir. Lavrov və Rubio həm də Rusiyanın ABŞ-dakı diplomatik nümayəndəliklərinin fəaliyyəti üçün şərtlərin sərtləşdirilməsi siyasətinə tez bir zamanda son qoymaq məsələsini də müzakirə ediblər.

XİN rəhbərlərinin ilkin təması nəyə hesablanıb?

ABŞ-ın yeni Prezidenti Donald Tramp prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra Vaşinqton və Moskva arasında Rusiya-ABŞ münasibətlərinin normallaşması, ən əsası da Ukraynadakı münaqişənin nizamlanması üzrə ikitərəfli danışıqların təşkili üçün ciddi işlər aparılır.  İlkin olaraq,  qapalı diplomatik təmasların aparılması, ondan sonra Tramp ilə Putin və Rubio ilə Lavrov arasında telefon görüşünün baş tutması bunu deməyə əsas verir -  doğrusunu desək,  həm Ağ Ev, həm də Kreml aralarındakı problemləri həll etmək, anlaşılmazlıqları aradan qaldırmaq və qlobal dünyada qarşılıqlı şəkildə ambissiyalarını uzlaşdırmaqda maraqlıdır.

Artıq ilkin görüş barədə razılıq əldə olunub - Rusiyanın “Kommersant” qəzeti məlumat verib ki,  fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlar baş tutacaq. Rus KİV-inin, eləcə də Qərb mediasının məlumatına görə, ilk görüşdə, hətta bundan sonrakı görüşlərdə belə ABŞ-ı milli təhlükəsizlik üzrə müşavir Mayk  Uoltz, Trampın Rusiya ilə danışıqlara rəhbərlik edən xüsusi nümayəndəsi Stiven Vitkoff, Rusiya tərəfini isə Putinin müşaviri Yuri Uşakov və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin təmsil edəcək.

Sözsüz ki, Rubio ilə Lavrov arasında baş tutan telefon görüşməsində ən aktual mövzu Rusiya və ABŞ nümayəndələrinin görüşlərinin, habelə yaxın zamanda gözlənilən Tramp-Putin görüşünün detalları olub - hər iki XİN rəhbərinin məhz bu məsələnin müzakirəsinə diqqət ayırdığına şübhə yoxdur.

Böyük ehtimalla, növbəti aylarda da Rubio və Lavrov arasında telefon görüşmələri davam edəcək, hətta hər iki XİN rəhbərinin Ər-Riyadda və ya hər hansı bir neytral ölkədə görüşünün baş tutması da istisna deyil.

Ukrayna Rusiya-ABŞ danışıqlarına dəvət ediləcək?

Tramp eyni gündə Prezident Vladimir Putin ilə yanaşı, Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.  Lakin dövlət katibi Mark Rubio bu addımı atmadı - o, Lavrovdan sonra Ukraynanın XİN rəhbəri Andrey Sibiqa ilə də telefon danışığı aparmalı idi. Amma Rubi bunu etmədi. Bu, o anlama gələ bilər ki,  qarşıdakı günlərdə Ər-Riyadda baş tutacaq görüşlərə Ukraynanın nümayəndə heyəti dəvət edilməyəcək. Halbuki, bu görüşlərin əsas mövzusu Ukraynadakı münaqişə olacaq.  Belə çıxır ki, Kreml və Ağ Ev Ukraynadakı münaqişəni Kiyevin mövqeyini nəzərə almadan nizamlamaq niyyətindədirlər.

Yunis ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Fevral 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see260

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see252

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see231

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see227

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see225

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see221

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see217

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see217

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see215

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see203

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see195

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see193

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see188

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see182

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see179

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see177

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see171

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see167

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see160

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri