Şərti sərhəddə mövcud əməliyyat şəraiti... MNdə iclas
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, noyabrın 23-də Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə videobağlantı formatında keçirilən iclasda nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, Əlahiddə Ümumqoşun Ordunun komandanı, Milli Müdafiə Universitetinin rektoru, baş idarə, idarə rəisləri, hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.
Xidməti müşavirə zamanı Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti və qoşun xidmətinin təşkili təhlil olunub.
Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin daha da yüksəldilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də döyüş növbətçiliyinin düzgün təşkil olunması ilə bağlı müvafiq göstərişlər verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 23 Noyabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















