Icma.az
close
up
RU
Menu

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Sertifikasiya müəllimin bütün fəaliyyəti qiymətləndirilən mühüm prosedur

Sertifikasiya müəllimin bütün fəaliyyəti qiymətləndirilən mühüm prosedur

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son iki il ərzində 5 min 300 müəllim sertifikatlaşma imtahanlarında uğur qazanmadığı üçün işindən kənarlaşdırılıb. Elm və təhsil naziri Emin Əmrullayev deyir ki, müəllimlərlə aparılan iş ağrılı prosesdir. Əsasən də ona görə ki, imtahanlarda yaxşı nəticə göstərməyən müəllim təhsil sistemindən uzaqlaşdırılır.

Nazir bildirib ki, növbəti üç il ərzində də bu islahatlar davam etdiriləcək: "İslahata başlayanda sıfırdan yox, mənfi 1-dən başlayıb sıfıra getmək əsas problemdir. Əgər dəyişikliyi indidən etməsək, bəzi müəllimlərin sonrakı 20-30 il fəaliyyətini düşününcə nəticə heç də ürəkaçan olmaz".

E.Əmrullayev vurğulayıb ki, 2026-cı ilə qədər ölkə üzrə bütün fənn müəllimlərinin sertifikatlaşdırma imtahanlarına cəlbi nəzərdə tutulur: "Əgər islahatlarımız uğurla davam etsə, nəticəsi zəif olan müəllim sayı azalacaq, amma bir müəllimə düşən şagird sayı da artacaq. Eyni zamanda gənc müəllimlərin də təhsil sahəsində sayı 20 faiz artacaq. İmtahan nəticələrinə baxsaq, gənc müəllim məzunlarından çox az sayda zəif nəticə göstərən olub. Böyük əksəriyyət testdən uğurla keçib. İslahatlar nəticəsində ən zəif müəllimlər daha gənc və istedadlı müəllimlərlə əvəzlənəcək".

2022-ci ildən etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılıb. Sertifikatlaşdırılma prosesinin keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin yoxlanılmasıdır. Eyni zamanda, sertifikatlaşdırma zamanı müəllimlərin peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir. Sertifikasiya zamanı müəllim müstəqil qiymətləndirilmədən keçirilir, onun biliyi, səriştəsi müəyyən olunmuş qaydalar əsasında dəyərləndirilir və konkret parametrlər əsasında aparılan qiymətləndirmə nəticəsində onun pedaqoji yararlılığı müəyyənləşdirilir. Sertifikasiya diaqnostik qiymətləndirməni tamamlamalıdır. Bu baxımdan sertifikasiya müəllimin bütün fəaliyyətini qiymətləndirən mühüm prosedurdur. Yəni bu prosesə müəllimlərin təkmilləşmədən keçmələri, dərslərinin qiymətləndirilməsi, dərslərinin monitorinqi və sair daxil ola bilər.

Sertifikatlaşdırma iki mərhələdən - test və müsahibə mərhələsindən ibarətdir. Test imtahanı mərhələsində namizədlərə 120 dəqiqə müddətində bloklar üzrə 60 sual təqdim olunur. Bunlar təlim strategiyası və təlim metodikası olmaq üzrə iki yerə ayrılır. Təlim strategiyası üzrə: müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri mövzularını əhatə edir. Təlim metodikası üzrə isə, buraya fənnin tədris metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri mövzuları daxildir. Hər bir düz cavab bir bal kimi müəyyən edilir. Müəllimlər tərəfindən cavablandırılmayan suallar sıfır bal kimi qeyd olunur. İmtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılır. Həmin mərhələdə 20 bal toplayan namizədlər sertifikatlaşdırılır.

Təhsil eksperti Nadir İsrafilov bildirib ki, təhsilverənlərin dövrün tələblərinə cavab verməsi üçün onların sertifikasiyasının keçirilməsi olduqca vacib məsələlərdən biridir. Təhsilverənlərin sertifikasiyasının keçirilməsi müəllimlərə müəyyən imkanlar yaradacaq. Bu da müəllimlər üçün olduqca vacibdir: "Təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesi təqdirəlayiq. Çünki dünyanın bütün ölkələrində sertifikatlaşdırma müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanması üçün tətbiq olunur. Azərbaycanda bu prosesə ötən ildən başlanılıb. Cəmi bir dəfə - 1994-cü ildə müəllimlərin attestasiyası keçirilib və bu, formal xarakter daşıyıb. 2014-2017-ci illərdə isə diaqnostik qiymətləndirmə keçirilib. Bu qiymətləndirmə peşəkarlıq səviyyəsinin müəyyən edilməsi deyil, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsi ilə bağlı olub. Zaman-zaman sertifikasiya ilə bağlı qaydalar təkminləşdirilməlidir. Çünki dövr dəyişib. Təhsilverənlər də dövrün tələblərinə cavab verməlidir".

Onun sözlərinə görə, müəllim əməyinin qiymətləndirilməsi, onların maddi və mənəvi stimullaşdırılmasına yönəlik mexanizmlərin tətbiqi, heç də yeni məsələ olmayıb, sovet dönəmindən bəri tətbiq olunan bir prosedurdur. Sertifikatlaşdırma - dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər "Təhsil haqqında" qanunda nəzərdə tutulan qaydada sertifikatlaşdırmaya cəlb olunurlar: "Sertifikasiyada müəllimlərin öz sahəsinə uyğun bilik və bacarıqlarının qiymətləndirilməsi, nəticələrə əsasən karyera inkişafı nəzərdə tutulur. Müəllimlik kifayət qədər ciddi, ən vacib, cəmiyyətin tərəqqisinə təsir edən peşədir. Odur ki, müəyyən müddətdən bir müəllimlər biliyini nümayiş etdirməlidirlər. Yəni bu prosedurun məqsədi kimlərisə işdən azad etmək yox, ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir. Hesab edirəm ki, sertifikasiya müəllimin daim öz üzərində işləməsi və peşə fəaliyyətinə məsuliyyətinin artırılmasına xidmət edir".

Millət vəkili Ceyhun Məmmədov deyir ki, Sertifikasiya prosesi ümumitəhsil məktəblərində dərs deyən müəllimlərin savadlılıq dərəcəsinin müəyyənləşdirilməsi üçün münasib üsul hesab edilir: "Hesab edirəm ki, hazırkı dövrdə müəyyən mərhələ üçün sertifikasiya imtahanlarının keçirilməsinə ehtiyac var. Nəzərə alsaq ki, illər öncə təhsilimizdə baş verən səbəblər nəticəsində bəzi məktəblərimizdə müəyyən  xoşagəlməz vəziyyətlər yaranıb. Ona görə də hazırda Elm və Təhsil Nazirliyi bu məsələdən çıxış yolunu sertifikasiyada görür və bu proses davam edir. Ancaq mən düşünürəm ki, sertifikasiya uzunmüddətli proses olmamalıdır. Biz sertifikasiya ilə paralel olaraq  universitetlərdə təhsilin keyfiyyətinin artırılması, məzmunun gücləndirilməsi istiqamətində də addımlar atmalıyıq. Bu proseslər paralel getməlidir".

Təhsil eksperti Kamran Əsədov sertifikasiyanın təhsilimiz üçün zəruri olduğunu bildirib: "Azərbaycan təhsilinin səviyyəsini müəyyənləşdirmək, artırmaq üçün yeganə vasitə bu tipli yoxlama prosesləridir. Məhşur bir ifadə var: "Heç bir təhsil sisteminin səviyyəsi müəllimin səviyyəsindən artıq ola bilməz". Sizin müəlliminiz nədirsə, təhsil sisteminiz də odur. Birmənalı şəkildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsini  həyata keçirməliyik.

Azərbaycanın müstəqilliyi dövründə akkreditasiya 1994-cü ildə olmuşdu. Ondan sonra 2014-2018-ci illərdə orta ümumitəhsil məktəblərində çalışan müəllimlər diaqnostik qiymətləndirilməyə cəlb edildilər. Ardınca yeni prosesi - sertifikasiyanı görə bilirik. 2009-cu ildən etibarən orta məktəbin kadr bazası üçün müəllimlərin işə qəbulu üzrə müsabiqəyə (MİQ) start verilsə də, sonrakı prosesdə hətta yüksək balla qəbul olunmuş müəllimlərin yoxlanılması həyata keçirilməmişdi. Buna görə də sertifikasiya zəruridir".

Ekspert müəllimlərin sertifikasiyaya cəlb edilməsinin təhsilin keyfiyyətinə təsir edəcəyini bildirib: "Müəllimlərin sertifikasiyaya cəlb edilməsi onların bilik və  bacarıqlarını artırmasını zəruri edir.  Hazırda gözləntilərimizin ikinci tərəfi müəllimlərimizin öz üzərlərində işləməsi, özlərini inkişaf etdirmələridir. Çox təəssüflər olsun ki, hətta nazirlik yeni dərslikləri çap edəndə belə, bəzi müəllimlər həmin vəsaitləri oxumurdu. Dərs prosesində ümumi, köhnə bilikləri əsasında iştirak edirdilər. Sertifikasiya müəllimlərimizin  bilik və bacarıqlarını artıracaq. Onların tədris etdiyi dərsdə də keyfiyyət artımı görəcəyik. Müəllimlər öz üzərlərində işləyirlər. Bütün müəllimlər hazırlaşırlar, kitab oxuyurlar. Bu, onların uşaqlara verəcəkləri biliyə də öz təsirini göstərəcək. Hətta 1-2 ildən sonra təhsilin keyfiyyəti artacaq".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Fevral 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see422

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see417

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see348

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see323

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see320

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see293

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see275

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see261

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see247

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see235

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see234

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see233

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see232

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see205

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see164

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri