Sertifikasiyada baş verənlər açıq şəkildə göstərdi ki, bu prosesi təşkil edənlər saxtakarlığın birbaşa iştirakçısıdır
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2025-ci il müəllimlərin sertifikasiya imtahanında baş verənlər açıq şəkildə göstərdi ki, bu prosesi təşkil edənlər saxtakarlığın birbaşa iştirakçısıdır. Nəzarətçilər imtahan zamanı telefonla test suallarının şəklini çəkib kənara göndərir, əvvəlcədən razılaşdırılmış müəllimlərə cavab ötürülür. Bu cinayətə şərait yaradanlar məhz imtahanı təşkil edən qurumun daxilində oturub – onların səssizliyi, laqeydliyi və ya birbaşa iştirakı olmasa, bu cür sistemli pozuntu mümkün olmazdı. İmtahanın obyektivliyi yox edilib, nəticələr etibarsızdır.
Test tapşırıqlarının məzmunu ilə bağlı yalnız bilik nümayiş etdirilsə də, yalnız biliyi nümayiş etdirənlər müfaiq balı toplasa da, rəsmi şəxslər öz maraqlarına görə bu prosesə çirkab bulayıblar.
Bu qurumun məqsədi bilikli müəllimi seçmək yox, “öz adamlarını” sistemə soxmaq olub. Əgər bu qədər rahat şəkildə telefonla cavab ötürülürsə, bu artıq təhsil yox, bazardır. Savadlı müəllim kənarda qalır, saxtakarlar sistemə daxil olur. Bu isə Azərbaycanın təhsilinə, gələcəyinə qarşı qəsddir. İmtahanı təşkil edən məsul şəxslər açıq şəkildə bu saxtakarlığın içindədir və cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu prosesi susaraq izləyən hər kəs bu çürümüş sistemin şərikidir.
Kamran Əsədov,
təhsil eksperti
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 26 İyun 2025 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















