Icma.az
close
up
RU
Sertifikat işə qəbulda hər zaman üstünlük yaratmır

Sertifikat işə qəbulda hər zaman üstünlük yaratmır

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illərdə işə daha tez qəbul olunmaq istəyən insanların böyük bir qismi kurslara üz tutur, müxtəlif təlimlərdə iştirak edir və sertifikatlar əldə etməyə çalışır. Çünki əmək bazarında rəqabət artdıqca, namizədlər fərqlənməyin yollarını axtarır. Məhz bu tələbat fonunda sertifikat verən kursların sayı sürətlə çoxalıb. Demək olar ki, hər sahə üzrə qısa müddətdə “işə hazırlayan”, “praktik bilik verən” proqramlar təklif olunur. 

Sertifikatlar doğrudanmı qapıları açır, yoxsa sadəcə kağız üzərində qalır?

Ölkə.az-ın məlumatına görə, İnsan Resursları üzrə mütəxəsis İlkin Mirzəzadə Valyuta.az-a bildirir ki, təlim və sertifikatların dəyəri onların sahə uyğunluğundan asılıdır:

“Təlim və sertifikatlar iş imkanlarının genişlənməsində mühüm rol oynayır. Lakin burada əsas məsələ onların hansı sahə üzrə və hansı keyfiyyətdə əldə olunmasıdır. Əgər şəxs ixtisası üzrə peşəkar və faydalı bir təlimdə iştirak edir, bu prosesdən real bilik və bacarıqlar qazanırsa, həmin sertifikat işəgötürənlər üçün əhəmiyyətli hesab olunur. Bu, namizədin öz üzərində çalışdığını və şəxsi inkişafına sərmayə qoyduğunu göstərir. Əksinə, əgər iştirak sadəcə qısa və məhdud informasiyalı bir seminarda və ya ixtisasla əlaqəsi olmayan bir master-klassda olubsa, belə hallarda əldə edilən sertifikat işəgötürən üçün maraqlı sayılmır”.

Sertifikatların işəgötürənlər üçün maraqlı olması aşağıdakı hallarda mümkündür:

Təlim müddət və məzmun baxımından əhatəli və dəyərli olmalıdır. Sertifikat ixtisasla uyğunluq təşkil etməli, məqsədi yalnız sertifikat əldə etmək yox, şəxsin peşəkar inkişafına töhfə vermək olmalıdır.  Beynəlxalq sertifikatlar bir çox şirkətlər tərəfindən daha sürətlə tanınır. Məsələn, insan resursları sahəsində “SHRM-CP”, maliyyə sahəsində “ESS” və keyfiyyət menecmenti üzrə “ISO” sertifikatları nüfuzlu hesab olunur. Bununla belə, ixtisas uyğunluğu əsasdır. Məsələn, insan resursları üzrə mütəxəssisin maliyyə yönümlü “ESS” sertifikatı alması məqsədəuyğun deyil.

“Nəticə etibarilə, təqdim olunan sertifikatların sayı yox, onların keyfiyyəti və peşəkar məqsədlərə uyğunluğu önəmlidir” - deyə İ. Mirzəzadə vurğulayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Yanvar 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri