Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Sertifikat köhnə, mebellər zay “Embavud”da nələr olur?

Sertifikat köhnə, mebellər zay “Embavud”da nələr olur?

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Müştəri məmnuniyyətini pozması, qüsurlu mal satması ilə bağlı tez-tez gündəm olan “Embavud” (Embawood) MMC artıq bir müddətdir istehlak bazarına nəzarət edən qurumların da diqqət mərkəzindədir. İlin əvvəlində istehsalat sahəsindən atmosferə tüstünün yayılması ilə bağlı məsuliyyətə cəlb edilərək, cərimələnən şirkət barəsində mart ayında növbəti protokol tərtib edildi. “Embavud” bu dəfə də qüsurlu mal satmaqda və xarab malı geri qaytarmamaqda günahlandırıldı. Şirkətin fəaliyyətindəki qüsurlar təkcə atmosferi çirkləndirib, qüsurlu mal satmaqla bitmir.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bundan əvvəl idarəçilik qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci maddəsi ilə (Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulması) protokol tərtib olunaraq məhkəməyə verilmişdi. Dövlət Gömrük Komitəsi isə İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsinə əsasən “Embavud” MMC-nin inzibati qaydada cərimə edilməsi barədə protokol tərtib etmişdi. Protokola Sumqayıt Şəhər Məhkəməsində baxılmışdı. Beləliklə, ölkədəki mebel bazarının 70 faizinə nəzarət edən şirkətin istər ixrac-idxal qaydalarını pozması, istərsə də qüsurlu mal satması dəfələrlə ictimailəşdirilib, hətta cəzalar tətbiq edilib. Lakin görünən odur ki, cəzalar “Embavud” MMC-nin fəaliyyətində müsbətə doğru dəyişiklik yaratmayıb.

Bu gün şikayətlərin böyük hissəsi qüsurlu mal kateqoriyasına aiddir. Sifarişlə mebel hazırlanarkən istehlakçılarla müqavilələrin bağlanması, malların çatdırılması və quraşdırıldıqdan sonra təhvil-təslim aktının tərtibi, sifarişlərin müqavilədə nəzərdə tutulan vaxtda və formada tam icra edilməsi müştərilərə vəd edilən səviyyədə deyil. Bir çox halda isə ünvana çatdırılan mebellərin keyfiyyəti reklam olunduğu, hətta vitrindəkindən qat-qat aşağı, materialları fərqli olur.

Vaxtı keçmiş sertifikatlar

“Embavud” MMC-nin məhsulları illər əvvəl malik olduğu keyfiyyəti itirib. Bu gün 2004-cü ildə şirkətə verilən İSO 9001:2000 Beynəlxalq “Keyfiyyətin İdarə Edilməsi Sistemi” üzrə sertifikata yenidən baxılmasına ehtiyac yaranıb. Yeri gəlmişkən, həmin sertifikatın etibarlılıq müddəti 3 ildir. “Embavud” həmin vaxtdan sonra yenidən sertifikatlaşdırma auditi keçirməyib. MMC-nin 2015-ci ildə aldığı İSO 14001 ..2004 Beynəlxalq “Keyfiyyətin İdarə Edilməsi Sistemi” üzrə sertifikatın da müddəti (3 illikdir) başa çatıb. Onu da qeyd edək ki, bu sertifikat təşkilatların ətraf mühitə təsirlərini idarə etməsi, azaltması və hüquqi tələblərə uyğun işləməsi üçün bir çərçivə təqdim edir. Görünür, elə bu sertifikatının yararlıq müddəti keçdiyi üçün cari ilin əvvəlində şirkət istehsalat sahəsindən tüstünü atmosferə rahat yayıb. Başqa tərəfdən İSO 14001 ..2004 nömrəli sertifikat artıq yoxdur, yəni etibarsızdır. Bu versiya 2015-ci ildə yenilənib və ISO 14001:2015 versiyası ilə əvəz olunub. ISO 14001:2004 üzrə verilmiş bütün sertifikatlar isə 2018-ci ilin sentyabrına qədər keçərli hesab edilib.

Saxta brendlər

Bu gün “Embavud” MMC ölkədə ümumilikdə 140-a yaxın mağazası ilə “Madeyra”, “Embakitçen” (Embakitchen) brendləri adı altında fəaliyyət göstərir. Əslində MMC bu adlarla mebel sənayesində yeni ixtiralar etməyib. Məsələn, “Madeyra” – şirkət rəhbərliyinin portuqalca “ağac” sözünün səsləndirilməsindən ilhamlanaraq yaratdığı bu “brend” əslində MMC-nin köhnə kolleksiyasını və ən ucuz xammaldan hazırlanan məhsulları özündə birləşdirir. Yəni adının əksinə olaraq, “Madeyra”nın mebellərinin istehsalında istifadə edilən xammalın ağacla əlaqəsi yoxdur.

“Embakitçen” mebellərinin istehsalı isə “Embavud” şirkətinə məxsus 3 fabrikdə həyata keçirilir. İddia edilir ki, istehsalda Avtsriyanın beynəlxalq “Blum” şirkətindən və Türkiyənin “Samet” firmasından alınan keyfiyyətli materiallardan istifadə edilir. Halbuki beynəlxalq rəqabət qabiliyyətli mebel istehsal etmək üçün əsas şərt təkcə xammal yox, muasir texnoloji avadanlığın mövcudluğu və düzgün marketinq strategiyasıdır. Başqa tərəfdən mətbəx mebelleri şirkət tərəfdən sifariş götürülür. Bu zaman müştəriyə MDF təklif edilir. Mebelin iç hissəsi laminat, üz hissəsi MDF membran və MDF akril olur. Yəni ölkədə fəaliyyət göstərən istehsal sexlərindəkı xammaldan fərqlənmir.

Müştəri şikayətləri

"Müştəriyəm, şikayətim var" sosial qrupunda “Embavud” məhsullarının keyfiyətinə görə ən çox tənqid edilən, şikayət yazılan şirkətdir. Məsələn, Şahin Əlizadə adlı müştəri paylaşımında bildirib ki, martda “Embavud” şirkətindən nağd ödəniş edərək məhsul alıb. Məhsul ünvana işlənmiş, tozlu və qüsurlu formada göndərilib. Müştəri malı geri qaytarmağa qərar verib. Bu zaman şirkət 30 manat cərimə tətbiq edib.

Günel Quliyeva adlı müştəri isə paylaşımında qeyd edib ki, 30.12.2021 tarixində bu sirkətdən açılan masa alıb. Masanı istifadə etmək uçun açanda materialın keyfiyyətsiz oldugunu görüb. 10 gün ərzində stolun üzü qabıq qoyub. İstehlakçı 10.01.2022 tarixində şirkətə yaxınlaşıb məhsulun vəziyyəti ilə bağlı məlumat verib və geri qaytarılmasını tələb edib. Lakin şirkət bununla razılaşmayıb.

“Embavud” rəqəmlərdə

Son iki ildə “Embavud”un məhsullarının qiyməti azı iki dəfə bahalaşıb. Paralel olaraq da şirkətin borcu artıb. 2023-cü ilin audit hesabatına əsasən dövrün sonuna şirkətin uzunmüddətli debitor borcu 14 milyon 623 min manat olub. Pul vəsaitləri isə ilin əvvəlindəki 1 milyon 222 min manatdan 351 min manata düşüb. Uzunmüddətli faiz xərcləri yaradan öhdəlikləri 16 milyon 837 min manat olub. Beləliklə, şirkətin uzunmüddətli öhdəlikləri 2023-cü ilin əvvəlindəki 67 milyon 754 min manatdan 75 milyon 956 min manata yüksəlib. Bundan əlavə əməliyyat gəlirləri 2022-ci ilin sonundakı 61 milyon 856 min manatdan 59 milyon 726 min manata düşüb. Əməliyyat mənfəəti 542 min 494 manat təşkil edir. Halbuki 2023-cü ilin əvvəlində bu rəqəm 624 min 226 manat idi.

Hesabat dövründə xalis məfəəti 65 min manat azalaraq 433 min manat təşkil edib. Maraqlıdır ki, audit hesabatında şirkətin satışları, Tiflisdə, Qazaxıstanda açdığı fabriklərin maliyyə göstəriciləri ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, 1996-cı ildə fəaliyyətə başlayan “Embavud” ilk fabrikini Masallıda qurub. 2000-ci il Xırdalanda ikinci fabrikini açıb. 2002-ci il “Embavud” brendi bazara çıxarılıb. 2005-ci ildə regional anbarlar qurulub. 2006-cı il – Tiflisdə, 2010-cu il Ukraynanın qərbində - Samborda, 2014-ci il Qazaxıstanda mebel fabrikləri açılıb. Özbəkistanda, Tacikistanda mağazaları var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:323
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 Aprel 2025 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri