Icma.az
close
up
RU
Sertifikatlaşdırma ilə bağlı görüşlər davam edir

Sertifikatlaşdırma ilə bağlı görüşlər davam edir

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) müəllimlərə dəstək məqsədilə keçirilən sertifikatlaşdırma prosesinə həsr olunmuş görüşlər davam edir.
Newscenter.az xəbər verir ki, paytaxtdakı 263 və 88 nömrəli tam orta ümumtəhsil məktəblərində keçirilən görüşlərdə BŞTİ-nin İnsan resursları sektorunun nümayəndələri Fikrət Süleymanov, Azər Fərzəliyev, Firuzə Həsənova, Aytən Əbilova, 49 nömrəli “İntellekt” məktəb-liseyinin psixoloqu Aysel Məmmədova, tarix, texnologiya, coğrafiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə müəllimləri iştirak ediblər.
Görüşdə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılmasının əhəmiyyəti, imtahan öncəsi psixoloji hazırlıq barədə danışılıb, müəllimlərin sertifikasiya nəticəsinin onların karyera inkişafına və əməyinin stimullaşdırılmasına, təhsilin keyfiyyət göstəricilərinə təsirləri, sertifikatlaşdırma qaydaları haqqında məlumat verilib.
Görüşdə sertifikatlaşdırma prosesi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb, müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrini və peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarətdir.
Ruhiyyə Mehdiyeva
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Aprel 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri