Şərurda 16.5 ton ot bağlaması yanıb
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Şərur rayon Xələc kəndində tövlədə və ot bağlamalarında yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən AZXEBER.COM-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 105 m² olan tövlənin 70 m² dam örtüyü yanıb, 35 m² darm örtuyü və tövlə yanğından mühafizə olunub.
Tövləyə bitişik olan ümumi sahəsi 105 m² çardağın 77 m² hissəsi yanıb, 28 m² olan hissəsi yanğından mühafizə edilib.
Çardağın altına yığılan 30 ton ot bağlamasının 16.5 tonu yanıb, 13.5 ton ot bağlaması isə mühafizə olunub.
Baxış sayı:83
Bu xəbər 29 İyul 2025 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















