Icma.az
close
up
RU
Şərurda Bu kənddə kişi yoxdur sözünə görə dava düşdü Təfərrüat

Şərurda Bu kənddə kişi yoxdur sözünə görə dava düşdü Təfərrüat

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şərur rayonunda 39 yaşlı kişi həmyerlisinə ağır xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Şərur rayon sakini, 1987-ci il təvəllüdlü Seymur həmkəndliləri və qonşularının oğlunun kiçik toy məclisindən çıxdıqdan sonra sərxoş halda rayonun Tənənəm kəndində anadan olmuş Rafiqlə mübahisə edib.
Bu zaman o, Rafiqə “Tənənəm kəndində kişi yoxdur, kəndinizin üstündən keçərəm” deyib. Həmin sözlərə görə Rafiqlə aralarında mübahisə yaranıb.
Mübahisə zamanı Seymur yerdən götürdüyü daşla, həmçinin başı ilə Rafiqin baş nahiyəsinə zərbələr vurub. Rafiq zərbələrin təsirindən huşunu itirərək yerə yıxılıb.
Daha sonra yerdə onun yaxasından tutub, başını yerə çırparaq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Seymurun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Seymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, qardaşı ilə birlikdə toy məclisinə gedib: “Orada yemək yeyib, spirtli içki qəbul etdikdən sonra çadırdan çölə çıxdıq. Həmkəndlim Vüqarla söhbət etməyə başladım. Bu vaxt Rafiq yanımıza gəldi və Vüqardan söz soruşmaq istədiyini söylədi. Vüqar isə mənimlə söhbətini bitirdikdən sonra gələcəyini dedi. Rafiq isə “Seymur kimdir ki, o sənin şalvarından aşağıdır” deyə nalayiq ifadə işlətdi. Onun bu sözünə əsəbləşdim və “ayıb olsun” deyərək onunla sözlü mübahisə etməyə başladıq”.
Təqsirləndirilən şəxs deyib ki, Rafiqlə aralarında sözlü mübahisə olub: “Amma Rafiqə kimin xəsarət yetirdiyini xatırlamıram. Buna görə də özümü baş vermiş hadisədə təqsirli bilmirəm. Mən toyda qardaşım və digər şəxslərlə birlikdə çox miqdarda spirtli içki qəbul etdiyim üçün Rafiqlə sözlü mübahisə etdikdən sonrasını xatırlamıram. Növbəti gün polis şöbəsində olarkən ayılmışam. Ayıldığımda əynimdəki şalvarın dizlərinin cırıq vəziyyətdə olduğunu gördüm”.
İş üzrə zərərçəkmiş Rafiqin sözlərinə görə, hadisənin baş verdiyi toya təxminən yarım saat gec gedib: “Toyda yemək yedim, spirtli içki qəbul etdim. Seymurla aramızdakı münaqişənin necə başlaması və hadisənin necə baş verməsi ilə bağlı heç nəyi xatırlamıram. Daha əvvəl Seymurla aramızda heç bir ədavət və düşmənçilik olmayıb”.
Rafiq qeyd edib ki, hadisədən 1 ay sonra xəstəxanada olarkən bacısı və qardaşı ona toyda Seymurla mübahisə etdiyini və Seymurun onu vurduğunu söyləyiblər: “Seymurun qohumlarından son vaxtlarda yanıma gələn olub. Lakin məni həkimə aparıb müalicə etdirmək barədə təklif olunmayıb. Təqsirləndirilən şəxsə qarşı heç bir maddi, mənəvi tələbim və şikayətim yoxdur”.
Məhkəmədə toy sahibi də ifadə verib: “Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslə münasibətim yaxşı olub. Onların hər ikisini oğlumun toy məclisinə dəvət etmişəm. Onların hər ikisi toyda iştirak edərək spirtli içki qəbul ediblər. Bir müddət keçdikdən sonra toy məclisinin təşkil olunduğu çadırdan kənarda Rafiqlə Seymurun bir-birilərinə söyüş söyərək mübahisə etdiklərini eşitdim. Yanlarına gedərək Seymura toyda qız-gəlinin iştirak etdiyini, söyüş söyməməsini deyərək əlimlə onu itələdim. Bu vaxt Vasif adlı qardaşım özünün maraqlanacağını, toy sahibi olduğum üçün qarışmamağımı dedi və Seymuru yaşadığı
evin istiqamətinə apardı. Mən isə toyda yığılan pulu siyahı üzrə təhvil aldığıma görə evə getdim. Seymurla Rafiqin aralarında sonra baş verənlərdən xəbərim olmayıb”.
Toy sahibinin sözlərinə görə, bir qədər sonra həyətə çıxdıqda çadırda heç kimin qalmadığını, camaatın uzaqda toplaşdığını görüb: “Mən də camaatın toplaşdığı yerə getdim. Bu zaman yerdə Rafiqin nəfəs alıb-verdiyini gördüm. Lakin yerdə qan izinin olduğunu görməmişəm. Bundan sonra təcili tibbi yardım gələrək Rafiqi xəstəxanaya apardı. Seymurla Rafiqin arasında daha əvvəl hər hansı düşmənçilik və ədavət olmayıb, münasibətləri həmişə yaxşı olub”.
Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seymur 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Avqust 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri