Icma.az
close
up
RU
Şərurlu İsfəndiyar ın övladlarının diplomu ləğv edilir? Cinayət maddələri açıqlandı

Şərurlu İsfəndiyar ın övladlarının diplomu ləğv edilir? Cinayət maddələri açıqlandı

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov müsahibələrinin birində övladlarına saxta yolla, yəni ödəniş qarşılığında diplom aldığını deyib.

Sitat: “Nəvəm deyir ki, bizə pul vermirsən, dedim, atan icazə vermir. İşlə, 10 min manat verim. Övladlarım məndən ağıllıdır. Böyük oğlum dedi ki, övladlarına pul verməyim. Xahişi belə oldu: “Sən onlara pul versən, bizim günümüzə salacaqsan. Gedib instituta pul verəcəksən, diplom alacaqsan, qoy oxuyub savadlı olsunlar”.

İş adamının bu açıqlaması bir sıra məsələləri gündəmə gətirib ki, onlardan biri də övladlarının diplomunun ləğv edilməsi ilə bağlıdır.

Belə açıqlamadan sonra İsfəndiyar Axundovun övladlarının diplomu qanunla ləğv edilə bilərmi?

Diplomun qeyri-leqal yolla alınması halında ləğv edilməsinin mümkünlüyü ilə bağlı Globalinfo.az-ın suallarını cavablandıran vəkil Asim Abbasov bildirir ki, “Təhsil Haqqında” Qanunun 26.5-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar.

O deyib ki, bundan sonra da universiteti müvəffəqiyyətlə başa vurmaq üçün hər semestr müvafiq imtahanlar təşkil olunur və tələbənin bilik səviyyəsi ölçülür:

“Tədris illərində bütün imtahanların müvəffəqiyyətlə verilməsi bakalvr diplomunun əldə edilməsi üçün əsas şərtdir. Şəxs ilkin olaraq dərslərdə iştirak edib daha sonra imtahanı müvəffəqiyyətlə verməlidir. Həmin qanunun 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. Lakin dərslərdə iştirak etmədən “Rüşvət” yolu ilə imtahan nəticələrinin saxtalaşdırılması özü cinayət məsuliyyətinə səbəb olur. Belə ki, Cinayət Məcəlləsində 308 ( vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311( rüşvət alma ), 312( rüşvət vermə), 320-ci ( rəsmi sənədləri saxtalaşdırma) maddələr mövcuddur. “Rüşvət” qarşılığında imtahan nəticələrini saxtalaşdıran müəllim vəzifəli şəxs sayıldığı üçün Cinayət Məcəlləsinin 308 və 311-ci maddələr ilə, müəllimə rüşvət verən şəxs isə 312-ci maddə ilə cinayət məsuliyyətinə cəlb olunur. Bu hallarda müvafiq istintaq aparılır və ittihamın təsdiq olunacağı halda cəza verilir. Aparılan istintaq və yekun hökmlə işin bütün halları aşkara çıxarılır”.

Asim Abbasov bildirib ki, bu halda diplomun alınması əsası olan imtahan nəticələri ləğv edilməlidir:

“Cinayətin təsdiq olunması halında belə diplomun ləğv edilməsi üçün mülki-prosessual qanunvericiliyə uyğun olaraq icraat aparılmalıdır. Ümumiyyətlə, heç bir universitetə qəbul olmadan saxta diplomun hazırlanması Cinayət Məcəlləsinin 320-ci maddəsi ( Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) ilə cinayət məsuliyyətinə səbəb olur. Çünki şəxsin özü faktiki olaraq universitetə qəbul olmadan saxta diplom hazırlayır”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Aprel 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri