Icma.az
close
up
RU
Şərurlu İsfəndiyar məhkəmədə: Möhtərəm hakim, sizdən narazıyam...

Şərurlu İsfəndiyar məhkəmədə: Möhtərəm hakim, sizdən narazıyam...

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") məhkəməsində prosesə çağırılan AMEA-nın eksperti rəyini açıqlayıb.

Bakıvaxtı.az-ın "Report"a istinadən məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən tərəfin vəsatəti əsasında məhkəməyə çağırılan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisi Nəzakət Qaziyeva da iştirak edib.

Belə ki, təqsirləndirilənin vəkili Ülvi Nəsibli İsfəndiyar Axundovun Emil Səməndərov haqqında dediklərindən sitat gətirərək sözügedən məsələnin təhqir olmadığını deyib və bu barədə mütəxəssisin fikrini soruşub.

Zərərçəkənin vəkili Asim Abbasov sualın manipulyativ xarakterli olduğunu deyərək etiraz edib.

Mütəxəssis fikrini bildirməmişdən əvvəl təqsirləndirilən İsfəndiyar Axundov ona söz verilməsi üçün icazə istəyib. Belə ki, o, həmin vaxt əsəblərinin yerində olmadığını və pis həddə çatdığını deyib:

"Həmin vaxt mənə çoxlu şikayətlər gəlirdi. Biri qazi, biri şəhid ailəsi idi. Hamısı narazı idi, ona görə də əsəbləşib bir iki cümlə nəsə demişəm. Möhtərəm hakim, mən sizdən narazıyam, 75 yaşlı kişini məhkəmə yollarında əsir etmisiniz. Yaşımla əlaqədar hiddətlənib bir iki cümlə demişəm, ona görə də mənə belə əziyyət verirsiniz".

Sonra ekspert məsələ ilə bağlı öz rəyini verib. Belə ki, o, sorğuda üç sual olduğunu bildirərək onların hər birini tədqiq etdiyini deyib:

"Pul yemək frazeoloji birləşmədir, ayrılmış pul vəsaitinin mənimsənilməsi deməkdir. Yeyinti sözü məcazi mənada, oğurlamaq, israf etmək mənasında işlənir. İstənilən söz yerinə görə təhqir hesab oluna bilər. Lakin bu o demək deyil ki, həmin söz hüquqi baxımdan təhqirdir. Bizə təqdim olunan sözləri linqivistik baxımdan təhqir yox, tənqid hesab etmək olar".

Zərərçəkənin vəkili Asim Abbasov ekspertin rəyinə etiraz edib. O, ekspertin qərəzli olduğunu bildirib.

Vəkil ekspertə İsfəndiyar Axundovun Emil Səməndərova qarşı işlətdiyi "Şərəfi və layəqəti olan adam şəhid, qazi ailəsini aldadarmı?" ifadəsinin təhqir olub-olmadığını soruşub.

Ekspert Nəzakət Qaziyeva deyib ki, sözügedən ifadənin təhqir hesab olunması üçün konkret adama yönəldilməlidir. Onun sözlərinə görə, İsfəndiyar Axundovun işlətdiyi bu söz konkret adama yönəldilməyib.

"Burada siz və mən olsaq, desəm ki, şərəfi, ləyaqəti olan ekspert belə etməz, bunu təhqir kimi qəbul edərsinizmi?", - vəkil Asim Abbasov ekspertdən soruşub.

Ekspert Nəzakət Qaziyeva isə bu sözü öz üzərinə götürməyəcəyini bildirib.

Hakim ekspertə prosesdə söylədiklərini növbəti iclasda rəy formasında məhkəməyə təqdim etməsi üçün ona videomaterialların təqdim olunmasına qərar verib.

Vəkil Asim Abbasov buna etiraz edib. O deyib ki, məsələni aydınlaşdırmaq üçün birinci rəyi verən ekspert çağırılmalı, onların ikisini də dinləyib məhkəmə yekun qənaətə gəlməlidir.

Hakim həmin vəsatətin baxılmamış saxlanıldığını, lazım olduqda baxılacağını xatırladıb.

Proses mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün noyabrın 20-dək təxirə salınıb.

Qeyd edək ki, İsfəndiyar Axundov "Proqress 2016 MTK"nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.

Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.

O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Noyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri