Icma.az
close
up
RU
Şərurlu İsfəndiyar xüsusi ittiham qaydasında məhkəməyə verilib Açıqlama

Şərurlu İsfəndiyar xüsusi ittiham qaydasında məhkəməyə verilib Açıqlama

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) xüsusi ittiham qaydasında məhkəməyə verilib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, məşhur tikinti maqnatından şikayət edən iş adamı “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərovdur.

E.Səməndərov bir müddət əvvəl həbs edilib. Amma hələ ki, barəsində yekun məhkəmə qərarı yoxdur. 

Səməndərovun vəkili Asim Abbasovun sözlərinə görə, Şərurlu İsfəndiyar müsahibələrindən birində müvəkkilini dələduz kimi təqdim edib. Həmin cümlə konkret olaraq aşağıdakı kimi deyilib: “Mən sizə deyim ki, “Proqress” MTK-nın rəhbəri Emil insanları, nə qədər adamları aldadıb, hazırda cəzasını çəkir”.

Fotoda: Emil Səməndərov

Vəkil hesab edir ki, İ.Axundov bu hərəkəti ilə barəsində qanunu qüvvəyə minmiş hökm olmayan şəxsin şərəf və ləyaqətini alçaltmış olub. Buna görə də İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İ.Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

Şikayəti Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyev araşdıracaq. İclas aprelin 8-i keçiriləcək.

Qeyd edək ki, təhqir və böhtan maddələrinin saksiyasında 3 ilə kimi azadlıqdan məhrumetmə, şərti cəzalandırılma, cərimə və islah işləri cəzası nəzərdə tutulur.

Xatırladaq ki, Şərurlu İsfəndiyar son günlər verdiyi müsahibələrindən birində dediyi sözlərlə gündəmə düşüb. Belə ki, tikinti maqnatı “Hərfləri tanımıram, yazı yaza bilmirəm. Mən oturmuşam, çoban. Amma alimlər işləyir, pullar da gəlir” kimi fikirləri ilə sosial şəbəkələrdə müzakirələrə yol açıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://mia.az
archiveBu xəbər 02 Aprel 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri