Sərvəti ilə Kriştiano Ronaldonu dörd dəfə geridə qoydu Bu ada çox təəccüblənəcəksiniz
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Mançester Yunayted”də Kriştiano Ronaldo ilə komanda yoldaşı olmuş, İngiltərə Premyer Liqası və UEFA Çempionlar Liqası çempionluğu yaşamış keçmiş futbolçu Luis Saha futboldan ayrıldıqdan sonra biznes dünyasında diqqətçəkən uğura imza atıb.
Bizim.Media xəbər verir ki, fransalı keçmiş ulduzun təsisçiləri arasında olduğu özəl rəqəmsal platformanın dəyərinin 4,3 milyard dollara çatdığı iddia olunur.
Luis Saha 2013-cü ildə futbolçu karyerasını başa vurduqdan sonra təsisçiləri arasında olduğu “AxisStars” rəqəmsal platforması ilə biznes dünyasına daxil olub.
Britaniya mətbuatının məlumatına görə, “AxisStars”ın bazar dəyəri 4,3 milyard dollara çatıb.
“AxisStars”ın qiymətləndirilməsinin Sahanın keçmiş komanda yoldaşı Kriştiano Ronaldonun təxmin edilən şəxsi sərvətindən dörd dəfə çox olduğu bildirilir.
“Mançester Yunayted”in keçmiş fransalı hücumçularından Luis Saha futbolçu karyerasını başa vurduqdan sonra biznes dünyasında əldə etdiyi uğurla diqqət çəkir. 2013-cü ildə yaşıl meydanlarla vidalaşan keçmiş futbolçu təsisçiləri arasında olduğu “AxisStars” rəqəmsal platforması ilə böyük kommersiya uğuruna imza atıb.
Britaniya mətbuatında yayılan xəbərlərə görə, Saha uşaqlıqdan tanıdığı dostu ilə birlikdə yaratdığı platformanın bazar dəyərinin 4,3 milyard dollara çatdığı bildirilib.
Xəbərdə “AxisStars”ın 4,3 milyard dollarlıq dəyərinin Sahanın keçmiş komanda yoldaşı, portuqaliyalı ulduz Kriştiano Ronaldonun təxmin edilən şəxsi sərvəti ilə də müqayisə edildiyi qeyd olunub. Yaradılan şirkətin Ronaldonun şəxsi sərvətini dörd dəfə üstələdiyi bildirilib.
“Mançester Yunayted”lə iki Premyer Liqa və bir UEFA Çempionlar Liqası çempionluğu qazanan Luis Saha platforma ideyasının peşəkar futbolçu olduğu dövrdə yaşadığı təcrübələrdən yarandığını bildirib.
Saha gənc idmançıların karyeralarının idarə olunması və maliyyə məsələlərində üzləşdikləri çətinlikləri müşahidə etdiyini və onları düzgün peşəkarlarla bir araya gətirəcək təhlükəsiz şəbəkə yaratmağı hədəflədiyini deyib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 22 Sentyabr 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















