Sərxan Ağayev: Aldığım mükafatı gəldikdə isə, komandamıza qonaqlıq söz vermişəm
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Oyun bizim üçün asan keçdi. Daha çox qol vura bilərdik. Növbəti oyunlarda daha çox fərqlənməyə çalışacağıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Xankəndi"nin futbolçusu Sərxan Ağayev deyib.
Təcrübəli futbolçu "Göygöl" üzərində qələbəni şərh edib:
"Bizim üçün əsas hədəf çempionluqdur. Mənim və ya digər futbolçuların qol vurmağının fərqi yoxdur. Əsas komandamız qələbə qazansın. İnşallah, mövsüm sonunda komanda şəklində çempionluğu qeyd edəcəyik".
Hücumçu "Ayın qolu" layihəsi çərçivəsində oktyabr ayının ən yaxşı qolunun müəllifi seçiləcəyini gözləmədiyini bildirib:
"Vurduğum qolun oktyabr ayında "ayın qolu" seçiləcəyini gözləmirdim. Səs verənlərə təşəkkür edirəm. Bundan sonra da, çalışacağıq növbəti aylarda "ayın qolu"nda "Xankəndi"nin futbolçusu seçilsin. Aldığım mükafatı gəldikdə isə, komandamıza qonaqlıq söz vermişəm. Onları bir araya yığıb, məbləğin müəyyən miqdarını həmin qonaqlıqda xərcləyəcəm".
Qeyd edək ki, oktyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı 9-cu turun "Xankəndi" - "Göygöl" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 19 Noyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















