Serxio Ramos Braziliya klubuna keçə bilər
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Sevilya"dan ayrıldıqdan sonra klubsuz qalan Serxio Ramosun karyerasını harada davam etdirəcəyi müəyyənləşmək üzrədir. Sport24.az xəbər verir ki, "Real"a keçəcəyi gözlənilən ispan müdafiəçi fərqli qərar verib.
38 yaşlı futbolçunun Braziliyada oynamaq ehtimalı var. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb. Ulduz futbolçu bu ölkənin "Korintians" klubu ilə danışıqlar aparır.

