Səsi ilə yaddaşlarda yaşayan sənətkar Qəndab Quliyeva
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bu gün görkəmli sənətkarın anadan olmasının 77-ci ildönümü tamam olur
Bakı, 10 avqust, AZƏRTAC
Azərbaycan muğam sənətinin görkəmli nümayəndələrindən biri, Xalq artisti Qəndab Quliyeva özünəməxsus ifa tərzi, güclü və təsirli səsi ilə milli musiqi mədəniyyətimizin inkişafında mühüm iz qoyub. Onun yaradıcılığı Azərbaycan muğamının zəngin ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu gün muğam ifaçısı, Xalq artisti Qəndab Quliyevanın anadan olmasının 77-ci ildönümü tamam olur.
Qəndab Quliyeva 1991–1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. İlk muğam müəllimi Nəriman Əliyev olub. Eyni zamanda, o, Vahid Abdullayevin muğam sinfində dərs alıb və onun sənətini təkmilləşdirib. 1981-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. O, bu teatrın səhnəsində Leyli, Əsli (Üzeyir Hacıbəyov – "Leyli və Məcnun", "Əsli və Kərəm"), Ərəbzəngi (Müslüm Maqomayev – "Şah İsmayıl"), Şahsənəm (Zülfüqar Hacıbəyov – "Aşıq Qərib"), Gülbahar (Şəfiqə Axundova – "Gəlin qayası"), Xanəndə qız (Ramiz Mustafayev – "Vaqif") rollarını yaradıb.
Qəndab Quliyeva bir çox xarici ölkələrdə – Almaniya, Kanada, Yaponiya, Fransa, İsveç, Türkiyə, İran və İraqda Azərbaycan muğam sənətini layiqincə təbliğ edib.
Xanəndənin ifasında "Çahargah" muğamının səsyazısı isə Fransada "Muğam antologiyası" CD diskinə daxil edilib. Qəndab Quliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub.
Xalq artisti 2017-ci il iyunun 26-da vəfat edib.
Baxış sayı:117
Bu xəbər 21 Avqust 2026 03:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















