Icma.az
close
up
RU
Səssiz dəstək, 0:2 dən dönüş

Səssiz dəstək, 0:2 dən dönüş

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Neftçi” Azərbaycan Premyer Liqasında “Sumqayıt”la heç-heçəyə razılaşıb – 2:2.

Mehdi Hüseynzadı adına Sumqayıt şəhər stadionunda baş tutan görüşdə “ağ-qaralar” 0:2-dən dönüş edərək, bir xal qazanıb. Matça azarkeş marağı az idi. Matçın həftəiçi olması və hava şəraiti tribunalarda boşluqlara səbəb olmuşdu. Buna baxmayaraq, “kimyaçılar”ı dəstəkləmək üçün 1000-ə yaxın tamaşaçı var idi. “Neftçi” tərəfdən isə “Forza Neftçi” az sayda olsa da, tribunada yerini almışdı. Buna baxmayaraq, fanatlar komandalarının uğursuz mövsüm keçirməsinə etiraz olaraq, oyunda dəstək şüarları səsləndirmədi və sakit matçı izlədi.

Oyuna daha sürətli başlayan “ağ-qaralar” topa nəzarət edir, erkən qol axtarışında idilər. Lakin hücumlarda son qərarlardakı yanlışlıqlara görə epizodlar nəticəsiz yekunlaşırdı. Əvəzində “Sumqayıt” ilk ciddi təhlükədə hesabı açmağa nail oldu. Qoldan sonra oyunda balans yarandı.

İkinci hissəyə də “Neftçi” üstün başlasa da, yenə “kimyaçılar” fərqləndi. 2:0 üstünlük yaxalayan “Sumqayıt” artıq oyunu rəqibə vermiş, müdafiədə qapanmaqla nəticə əldə etmək istəyirdi. Hücumlarını artıran “Neftçi” rəqibi səhvlərə məcbur etdi və istədiyi qolları vurdu. Oyunun sonlarında məğlubiyyətdən xilas olan “ağ-qaralar” daha üstün oynadığı matçı bir xalla tamamladı.

“Neftçi”nin çempionatda iddiası qalmayıb və komandanın avrokubok şansları yoxdur. Bu fonda oyunlara köklənmək nə qədər çətin olsa da, qarşıdakı matçlar yeni mövsümün planlamasında faydalı olacaq. Kimlərin qalacağı, kimlərin gedəcəyi müəyyən qədər məlum olsa da, oyunçuların son turlardakı performansları onların taleyində həlledici olacaq.

“Sumqayıt” isə Vaqif Cavadovun rəhbərliyi altında bu mövsüm ikinci dəfə “Neftçi”yə uduzmadı. Mütəxəssisin ikinci hissədə etdiyi əvəzetmələr hesabı qorumağa fayda göstərmədi. Hər bir halda, “Neftçi”dən xal almaq “Sumqayıt” üçün uğurlu nəticə hesab edilə bilər.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 29 Aprel 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see421

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see386

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see384

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see349

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see345

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see337

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see263

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see260

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see185

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri