Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Səssiz mandatlar Deputat nüfuzunu kimlər zədələyir...

Səssiz mandatlar Deputat nüfuzunu kimlər zədələyir...

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclis Azərbaycan siyasi sisteminin mühüm hakimiyyət orqanıdır. Dövlətin qanunverici bazasını formalaşdıran bu qurumun üzvləri - deputatlar isə ictimai nüfuz baxımından xüsusi çəkisi olan şəxslər kimi qəbul olunurlar. Adətən deputat sözü ictimaiyyət arasında hörmət, diqqət və məsuliyyət anlayışları ilə assosiasiya olunur. Onların bölgələrə səfərləri, tədbirlərdə iştirakı və vətəndaşlarla təması yerlərdə diqqətlə izlənilir. 
Lakin müşahidələr göstərir ki, son illər deputatlara yanaşma tədricən dəyişir. Bəzi hallarda ictimaiyyət nümayəndələri, rəsmi və qeyri-rəsmi tədbirlərinin təşkilatçıları Milli Məclis üzvlərinə münasibətində etinasızlıq nümayiş etdirirlər. Bu etinasızlıq təkcə susqun, passiv deputatlarla bağlı deyil. Hətta parlamentin aktivliyi və təşəbbüskarlığı ilə seçilən üzvləri belə bir çox tədbirlərə yalnız formal dəvətlə çağırılır, bəzən isə tamamilə prosesin kənarında qalırlar. 


Milli Məclisin komitə sədri Fazil Mustafa mövzu ilə bağlı Modern.az-a bildirib ki, bəzın hansısa tədbirin  təşkilatçıları ora gələn adamın kimliyini bilmədikiləri, onları tanımadıqları üçün həmin şəxsləri diqqətdən kənarda saxlayırlar. Burada əsas məsələ status deyil, fərdidir:

“Faydalı hesab etdiyim tədbirlərə zaman uyğun gəlirsə, çalışıram ki, gedim. Çox tədbirlərə dəvət alırıq, lakin vaxt və səmərəlilik baxımından bütün tədbirlərə getmək uyğun olmur. Amma çalışıram ki, dəvət edən şəxsləri narazı salmayım. Özüm də getməsəm, yerimə kimisə göndərməyə çalışıram. Təbii ki, tədbirə dəvət edən şəxslər və qurumlar da mənim üçün önəmlidir. Dövlət əhəmiyyətli rəsmi tədbirlərə bacardığım qədər qatılıram”.


Tədbir təşkilatçıları deputatları tanımır


“Tədbir təşkilatçıları gələn adamın statusu nədir, hansı məqsədlə çağırılıb - bu sualların cavabını bəzən bilmirlər. Nəticədə belə məsələlər ortaya çıxır. Amma bizim belə problemimiz çox olmur. Əksəriyyət bilir ki, kimik və ona uyğun münasibət göstərirlər. Bu səbəbdən də özəl münasibət göstərilir”. 


“Mən bu məsələlərin geniş müzakirəsinin tərəfdarı deyiləm. Hesab edirəm ki, tədbirlərdə ümumi qarşılanma normaldır. Burada ciddi problem yoxdur. Bəzən hansısa anlaşılmazlıqlar olur, yerləşdirilmədə problemlər mümkündür. Lakin belə hallar az-az baş verə bilər”, - bunu isə saytımıza açıqlamasında deputat Ceyhun Məmmədov vdeyib. 

Onun sözlərinə görə vətəndaşların əksəriyyəti deputatları öz tədbirlərində görmək istəyirlər:
“Bizim günümüzün bir hissəsi tədbirlərdə iştiraka gedir. Ümumən böyük problem yoxdur. Biz zamanla bəzi çatışmazlıqları müşahidə edirik və görə bilirik”. 

“Düşünürəm ki, bu məsələlərdə təşkilatçılar diqqətli olmalıdırlar. Deputatlıq yüksək vəzifədir. Söhbət ən ali dövlət institutlarından birinin təmsilçiliyindən gedir. Vətəndaşlar bu institutlara hörmətlə yanaşmalıdır”, - deyə sonda o qeyd edib. 


İctimaiyyətdə geniş müzakirə olunan bu məsələnin əsas səbəblərindən biri kimi yeni seçilən deputatların cəmiyyətdə kifayət qədər tanınmaması göstərilir. Xüsusilə də son parlament seçkilərindən sonra formalaşan yeni tərkibdə - VII çağırışda bir çox deputatlar ictimaiyyət üçün tamamilə yeni simalar oldular. Onların bir qismi peşəkar sahələrdən gəlsələr də, əvvəldən mediada, vətəndaş cəmiyyətində və ya ictimai platformalarda aktiv deyldilər. Hətta parlamentə seçiləndən sonra da qeyri-fəallıq, səssizlik nümayiş etdirirlər ki, nəticədə də geniş ictimai rəyin diqqətindən kənarda qalırlar.


Əvvəllər deputat seçilən şəxslər bir qayda olaraq, ya siyasi partiya fəaliyyəti ilə ya da cəmiyyətə açıq çıxışları ilə tanınan simalar olurdu. Onların həm yerli, həm də milli səviyyədə nüfuzu formalaşmışdı. Bu nüfuz seçkilərdən sonra deputat–cəmiyyət münasibətində körpü rolunu oynayırdı. Son dövrlərdə isə ictimai-siyasi fəallığı olmayanların parlamentdə çox yer alması, onların cəmiyyətdə baş verən hadisələrə seyrçi və laqeyd qalması, səslərini çıxarmaması deputat nüfuzunu da zədələyib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 May 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri