Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Səssiz qalmış irs: Unudulmuş milli çalğı alətləri

Səssiz qalmış irs: Unudulmuş milli çalğı alətləri

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Azərbaycan musiqi mədəniyyəti qədim köklərə söykənən zəngin irsdir. Bu irs əsrlər boyu xalqın həyat tərzini, düşüncə dünyasını və estetik zövqünü formalaşdırıb. O cümlədən milli çalğı alətlərimiz yalnız keçmişin musiqi vasitələri deyil, həm də milli yaddaşın daşıyıcılarıdır.  Vaxtilə Azərbaycanda qopuz, çoğur, rübab, səntur, çəng, rud kimi çalğı alətləri geniş istifadə olunub. Lakin zaman keçdikcə bu musiqi alətlərinin bir qismi gündəlik istifadədən çıxaraq unudulub.

Ən qədim simli çalğı alətlərindən biri də qopuzdur. Onun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. 1960-cı ildə ABŞ arxeoloqlarının Cənubi Azərbaycanın Şuşdağı ərazisində apardıqları qazıntılar zamanı 6-cı minilliyə aid mədəniyyət nümunələri aşkar edilmişdir. Bu tapıntılardan biri də üzərində qopuz tutmuş ozanın təsvir edildiyi saxsı qabdır. Zamanla qopuzun yerini daha təkmilləşmiş musiqi aləti olan saz tutmuş, bu ənənə aşıq sənətində davam etdirilmişdir. 

Rübab Şərq musiqi mədəniyyətində geniş yayılmış qədim simli musiqi alətlərindən biridir. Orta əsrlərdə Azərbaycanda da istifadə edilən bu alət incə və melodik səs tembri ilə seçilib, xüsusilə saray və klassik musiqi mühitində yer alıb. Lakin zaman keçdikcə musiqi zövqünün dəyişməsi və daha müasir simli alətlərin - xüsusilə tar və sazın geniş yayılması nəticəsində rübabın istifadəsi tədricən azalmışdır.  

Səntur qədim mənşəyə malik olan, əsasən, Şərq xalqları arasında geniş yayılmış zərbli simli musiqi alətidir. Bu alət xüsusilə İran, Azərbaycan, Hindistan, İraq və Türkiyə kimi ölkələrdə müxtəlif formalarda istifadə olunub. Azərbaycanda səntur əvvəllər daha geniş yayılmış, lakin zaman keçdikcə tar, kamança və digər alətlərlə əvəzlənmişdir. 

Qədim dövrlərdə saray və klassik musiqi mühitində geniş istifadə olunan bu alətlər, zamanla musiqi zövqünün dəyişməsi və yeni alətlərin yaranması nəticəsində istifadədən çıxmışdır. Bu proses təkcə musiqi inkişafı ilə deyil, həm də sosial və mədəni dəyişikliklərlə bağlıdır. Bununla belə, Azərbaycan dövləti milli mədəniyyətimizə davamlı qayğı göstərilməsini, mədəni irsin qorunmasını daim prioritet istiqamətlərdən biri kimi müəyyən edib.  Bu mövzu ilə bağlı Ümummilli

Lider Heydər Əliyevin mədəniyyət haqqında fikri də xüsusi əhəmiyyət daşıyır: “Mədəniyyət, musiqi xalqımızın ən dəyərli sərvətlərindən biridir. Mədəniyyət hər bir xalqı dünyada daha da çox tanıdan, onu təbliğ edən vasitələrdən biridir. Biz isə xoşbəxtik ki, xalqımızın belə zəngin mədəniyyəti, musiqisi, incəsənəti var və bunlar həm xalqımızın özünə mənəvi qida verir, həm də onu dünya xalqları içərisində fərqləndirir, tanıdır, başını ucaldır”. 

Bu siyasətin nəticəsi olaraq ölkədə mədəniyyət tədbirlərində milli alətlərdən istifadə olunmasına geniş yer verilir. Eyni zamanda, muzeylər və mədəniyyət mərkəzləri vasitəsilə unudulmaqda olan musiqi alətləri yenidən ictimaiyyətə təqdim olunur.  Qədim musiqi alətlərinin araşdırılması və qorunması təkcə mədəni məsələ deyil, həm də milli kimliyin və dövlətçilik ideologiyasının mühüm tərkib hissəsidir. Keçmişin səslərini yaşatmaq gələcək nəsillərə zəngin mədəni irs ötürmək deməkdir.

Ramidə ƏLİYEVA,

Bakı Dövlət Universitetinin tələbəsi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 İyun 2026 08:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see497

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see380

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see373

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see366

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see343

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see340

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see296

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see278

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see262

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see249

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see246

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see244

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see241

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see233

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see229

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see225

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see218

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see211

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see191

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri