Icma.az
close
up
RU
“Səudiyyə Ərəbistanı Çinin ikinci ən böyük xam neft təchizatçısıdır”

“Səudiyyə Ərəbistanı Çinin ikinci ən böyük xam neft təchizatçısıdır”

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

“İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Tehranın Yaxın Şərqdəki mövcud münaqişələrin tənzimlənməsi və bölgədə sabitliyin bərpası üçün Çinin diplomatik vasitəçiliyinə cəlb olunmasında maraqlı olduğunu bəyan edib. Qalibaf eyni zamanda İranın Çinlə münasibətlər üzrə xüsusi nümayəndəsidir. Görünür, bu Qalibafla yanaşı İrandakı mühafizəkar qüvvələrin ortaq təklifidir”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Politoloq bildirib ki, Qalibaf misal olaraq Çinin İranla Səudiyyə Ərəbistanı arasında vasitəçiliyini göstərib:

“Həqiqətən Çinin vasitəçiliyi ilə 2023-cü ilin martında İran və Səudiyyə Ərəbistanı nümayəndələri Pekində diplomatik əlaqələrin bərpasına razılaşmışdılar. Nəticədə 7 illik fasitlədən sonra iki ölkə diplomatik əlaqələri bərpa etdilər. Ancaq diplomatik münasibətlər bərpa edilsə də, bu, iki ölkə arasında gərginliyin tam ortadan qaldırılmasına şərait yaratmadı. ABŞ-İran müharibəsi zamanı İran İslam Keşikçiləri Korpusu Səudiyyə Ərəbistanı ərazisinə raket zərbələri endirdilər. Bu raket zərbələri ABŞ-nin Səudiyyə Ərəbistanındakı hərbi məntəqələrini hədəf götürməklə yanaşı neft hasil edən mərkəzlərinə zərər verdi. Bundan başqa husilərin Səudiyyə Ərəbistanına raket və dron hücumlarının arxasında da SEPAH dayanır. İrandan maliyyə və hərbi dəstək almadan husilərin davamlı olaraq Səudiyyə Ərəbistanına hücumlar təşkil etməsi mümkün deyil. Digər tərəfdən Çin şirkətlərinin husilərə raket istehsalı üçün ikili təyinatlı komponentlər satması barədə xəbərlər mövcuddur. Çinli diplomatlar bu iddiaları əsassız hesab etsələr də, reallıq fərqlidir. Çin dron və raket istehsalındakı texnologiyalarını tərəfdaş saydığı ölkələrlə bölüşür. Pekinin əsas məqsədi ABŞ-nin Avrasiya bölgədəki hegemonluğunu azaltmaqdır”. 

Onun sözlərinə görə, Çin İran üzərindən husilərə dron istehsalı üçün komponentlər göndərsə də, Bab əl-Məndəb boğazında sabitliyin tərəfdarıdır:

“Çünki Səudiyyə Ərəbistanı Çinin ikinci ən böyük xam neft təchizatçısıdır və 2025-ci ildə Çinin ümumi idxalının 14 faizini təşkil edir. Mümkündür ki, məhz bu səbəbdən husilər Bab əl-Məndəb boğazında ticarət gəmilərinin yük daşımalarına mane olmurlar. Halbuki, İran Hörmüz boğazına nəzarəti əlində saxlamağa çalışır. Beləliklə, Tehran Çinin Yaxın Şərqdəki proseslərdə vasiəçi olmasını istəsə, buna qarşı çıxacaq dövlət yalnız ABŞ ilə məhdudlaşmır. Çinlə münasibətlərdə gənginlik yaşayan bölgə dövlətləri də Pekinin Yaxın Şərqdə əsas vasitəçi olmasını istəməzlər. Çünki, Tehranın təklifi reallaşarsa, Çin bölgədə diplomatik fəallıqla yanaşı hərbi iştirakını da təmin etməyə çalışacaq. Bu isə Avrasiya bölgəsinin bir çox dövlətinin maraqlarına cavab vermir”.

Vasif ƏLİHÜSEYN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://adalet.az
archiveBu xəbər 16 Noyabr 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see313

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see301

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see297

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see293

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see293

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see289

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see280

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see277

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see272

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see249

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see246

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see242

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see240

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see240

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see235

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see229

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see228

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see226

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri