Səudiyyə Ərəbistanında keçiriləcək dünya çempionatında spirtli içkilərin içilməsinə qadağa qoyulacaq
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2034-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək futbol üzrə dünya çempionatında stadionlarda spirtli içkilərin içilməsi qadağan ediləcək.
"Report" "LBC"-yə istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin Böyük Britaniyadakı səfiri Xalid bin Bəndər Əl Səud bildirib.
Səfirin sözlərinə görə, spirtli içki mundialın məcburi elementi deyil və onsuz da yaxşı vaxt keçirmək mümkündür. O, həmçinin ölkə qonaqları naminə öz mədəniyyətlərini dəyişmək istəmədiklərini söyləyib.
Qeyd edək ki, ötən ilin dekabr ayında baş tutan FIFA-nın Növbədənkənar Konqresində Səudiyyə Ərəbistanının 2034-cü il dünya çempionatına ev sahibliyi edəcəyi təsdiqlənib.
Baxış sayı:85
Bu xəbər 12 Fevral 2025 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















