Səudiyyə şahzadəsi hoteldə ölü tapıldı
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, ölümə spirtli içki ilə birlikdə həddindən artıq dozada narkotik qəbul edilməsi səbəb olub.
Məlumata əsasən, xadimə 29 yaşlı şahzadənin cəsədini Kensinqton rayonundakı "Marriott" mehmanxanasının bahalı nömrəsinin hamam otağında aşkarlayıb. İddialara görə, mərhumun qanında böyük miqdarda spirtli içki və narkotik maddələr tapılıb.
Məhkəmə araşdırması zamanı şahzadənin asılılıqdan əziyyət çəkdiyi məlum olub. O, ölümündən üç ay əvvəl Londonun nüfuzlu klinikalarından birində müalicə alıb. Meyitin yarılması nəticəsində məlum olub ki, ölüm eyni vaxtda narkotik və spirtli içki qəbulunun səbəb olduğu ürək çatışmazlığı nəticəsində baş verib.
Həyatını itirən şəxsin Abdulla bin Fəhad bin Abdulla bin Əbdüləziz bin Cəlavi əl-Səud olduğu müəyyən edilib.(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 24 İyul 2026 01:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















