Icma.az
close
up
RU
SEVGİ xəstəliklərin rəsmi siyahısında yer alan CİDDİ XƏSTƏLİK...

SEVGİ xəstəliklərin rəsmi siyahısında yer alan CİDDİ XƏSTƏLİK...

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Sevgi bir çox xəstəliklərin dərmanıdır. Ancaq bir məsələ də var ki, bu dərman artıq olanda özü də xəstəlik yaradır.

Ümumdünya Səhiyyə Təşkilatı sevgini F63.9 nömrəsi altında ciddi xəstəliklər siyahısına daxil edib. Sevgini psixi xəstəliklər bölümündə “Vərdişlərin və meyllərin qeyri müəyyən pozğunluğu” qrupuna aid ediblər.

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

Mütəxəssislər sevgi xəstəliyinin aşağıdakı əlamətlərini müəyyənləşdiriblər:

1. Başqaları haqqında mənfi düşünmək

2. Əhval-ruhiyyənin kəskin dəyişməsi

3. Şəxsi ləyaqət hissinin ifrat dərəcədə yüksəlməsi

4. İnsanın özünə yazığı gəlməsi və hər kəsdən mərhəmət umması

5. Yuxusuzluq və narahat gecələr

6. Düşünülməmiş hərəkətlər

7. Arterial təzyiqin oynaması

8. Baş ağrıları

9. Allergik reaksiyalar

10. Sərsəm ideyalar

Hələ 11-ci əsrdə İbn Sina güclü sevgi hisslərinin xəstəlik olmasını bildirib. O, qeyri-müntəzəm nəbz, nizamsız davranış, səbəbsiz gülüş, yuxusuzluq, nəfəsin ağırlaşması, arıqlama kimi halları sevgi xəstəliyinin ilk əlamətləri kimi göstərib.

Həmin dövrdə xəstəliyə düçar olmuş şahzadəyə təbiblər şəfa verə bilməyəndə İbn Sinaya müraciət ediblər. İbn Sina gənc şahzadənin sevgi xəstəliyinə tutulduğunu müəyyən edib. Amma şahzadə sevgisi və sevdiyi şəxs haqqında danışmaq istəməyib. İbn Sina şahzadənin nəbzini tutub əyalətdə yaşayan insanların adlarının bir-bir sadalamağa başlayıb. Qonşuluqda yaşayan qızın adı çəkiləndə şahzadənin nəbzi sürətlənib. İbn Sina şahzadənin həmin xanımla evlənməyini tövsiyə edib. Gənc şahzadə evləndikdən sonra çarəsiz sayılan xəstəliyi sağalıb.

Hər şey qədərində gözəl olduğu kimi sevgi də qədərində gözəl olur. Ən başlıcası isə sevgi hisslərinə ağıl nəzarət etməlidir. Belə olmadığı halda Məcnunun vəziyyətinə düşmək ehtimalı artır. Yeri gəlmişkən elə Məcnunun da diaqnozu xroniki sevgi xəstəliyi olub.

Və ən nəhayət, yuxarıdakıları nəzərə alıb 14 fevral tarixində sevginizi coşduraraq sağlamlığınıza zərbə vurmayın. Bu tarixin bizə heç bir aidiyyatı yoxdur və ola bilməz. “Müqəddəs” Valentinin nə əxlaqı, nə əqidəsi, nə də cinsi orentasiyası bizlərə uyğun olub. Buna kimin şübhəsi varsa tarixə nəzər sala bilər. Bizim öz “Sevgililər günü”müz var. İlham və Fərizənin sevgi təntənəsinin sübuta yetdiyi 30 iyun tarixi.

İlham Cəmiloğlu

/

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri