Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Sevgi yüksəlişin yollarından biridir... Onun ən böyük sirri nədədir?

Sevgi yüksəlişin yollarından biridir... Onun ən böyük sirri nədədir?

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az Düzgün Atalının "Sevgi — Ruhun sonsuzluğa uçuşu" yazısını təqdim edir.

Əbədi sevgiyə çevrilmiş bir ömrün sahibləri, sevginin ölümsüzlüyünü taleləri ilə təsdiq edən İlham və Fərizənin əziz xatirəsinə ithaf edirəm.

Sevgi haqqında çox danışılıb, çox yazılıb, çox düşünülüb. Şairlər onu nəğməyə çevirib, filosoflar mahiyyətini anlamağa çalışıb, mütəfəkkirlər isə onu insan varlığının ən böyük sirrlərindən biri hesab ediblər. Lakin bütün bu deyilənlərə baxmayaraq, sevgi hələ də tam izah olunmamış bir həqiqət olaraq qalır. Çünki sevgi ağılla dərk edilən deyil, ruhla yaşanan bir hadisədir. Onun ən böyük sirri də bundadır.

İnsan bu dünyaya yalnız yaşamaq üçün gəlməyib. Əgər həyatın məqsədi sadəcə yemək, içmək, qazanmaq və istehlak etmək olsaydı, insanla digər canlılar arasında ciddi fərq qalmazdı. İnsan öz ruhu ilə insandır. Onu başqa varlıqlardan ayıran da məhz mənəvi dərinliyi, sonsuzluğa yönələn daxili ehtiyacıdır. İnsan daim özündən böyük bir həqiqət axtarır. Bu həqiqəti bəzən elm vasitəsilə, bəzən sənət vasitəsilə, bəzən də sevgi vasitəsilə axtarır. Bu yolların içərisində sevgi ən təsirli və ən sarsıdıcı olanıdır. Çünki sevgi insanın təkcə düşüncəsini deyil, bütün varlığını dəyişdirir.

Maddi dünya insanı daim özünə bağlamağa çalışır. Uşaqlıqdan etibarən insana uğurun ölçüsünün pul, vəzifə, şöhrət və nüfuz olduğu öyrədilir. İnsan zamanla elə zənn edir ki, xoşbəxtlik sahib olduqlarının çoxluğundadır. O, həyatını toplamaqla keçirir: mal toplayır, sərvət toplayır, əlaqələr toplayır, nüfuz toplayır. Ancaq qəribə bir həqiqət var: insan topladıqca daxilindəki boşluq azalmaq əvəzinə çox vaxt daha da böyüyür.

Bunun səbəbi sadədir. Ruhun ehtiyacı ilə cismin ehtiyacı fərqlidir. Cism maddi nemətlərlə doyur. Ruh isə mənəvi məna axtarır. Ruh üçün ən böyük aclıq sevgisizlikdir. İnsan hər şeyə sahib ola bilər, amma sevgisizdirsə, yenə də daxilində qəribə bir natamamlıq hiss edər. Çünki ruh öz təbiətinə uyğun olmayan bir həyatla qane ola bilmir.

Sevgi məhz burada meydana çıxır. O, insanın ruhuna unudulmuş həqiqəti xatırladır. Sevgi insanın içindəki mənəvi oyanışdır. İnsan sevəndə dünyanın əvvəl görmədiyi tərəflərini görməyə başlayır. Eyni səma daha gözəl görünür, eyni külək daha mənalı əsir, eyni həyat daha dərin məna qazanır. Xarici dünya dəyişmir; dəyişən insanın özüdür.

Əslində sevgi insanın öz mənliyini aşmasıdır. İnsan adi halda hər şeyi öz maraqları baxımından qiymətləndirir. O, hadisələrə "mənə nə verir?" sualı ilə yanaşır. Sevgi isə bu sualı dağıdır. Sevən insan ilk dəfə olaraq başqa bir insanın sevincini öz sevinci, ağrısını öz ağrısı kimi yaşamağa başlayır. Beləcə insan eqoizmin dar həbsxanasından çıxaraq daha geniş bir mənəvi aləmə qədəm qoyur.

Məhz buna görə sevgi sadəcə hiss deyil. O, mənəvi tərbiyə məktəbidir. Həqiqi sevgi insanı daha mərhəmətli, daha səbirli, daha vicdanlı edir. O, insanın daxilində gizlənmiş nəcib keyfiyyətləri oyadır. Sevgi olmayan yerdə insan yalnız özünü düşünür. Sevgi gələndə isə insan başqasının da varlığını öz varlığı qədər dəyərli hesab etməyə başlayır.

Lakin müasir dövrdə sevginin mahiyyəti getdikcə təhrif olunur. Texnologiyanın inkişafı, istehlak mədəniyyətinin genişlənməsi və maddi dəyərlərin ön plana çıxması sevgiyə də təsirsiz qalmayıb. İnsanlar sevgini belə bazar məntiqi ilə qiymətləndirməyə başlayıblar. Münasibətlər səmimiyyət üzərində deyil, fayda üzərində qurulur. İnsanlar qəlblərinin deyil, maraqlarının səsini dinləyirlər.

Belə bir mühitdə sevgi öz müqəddəs mahiyyətini itirməyə başlayır. Çünki sevgi hesab aparmır. Hesabın olduğu yerdə müqavilə var, sevgi yoxdur. Mənfəətin olduğu yerdə alış-veriş var, fədakarlıq yoxdur. Sevgi isə insanın öz mənfəətini aşaraq daha yüksək bir mənəvi səviyyəyə yüksəlməsidir.

Asif Ata düşüncəsində insanın əsas mahiyyəti ruhdur. İnsan yalnız bioloji varlıq deyil. O, daxilində sonsuzluq daşıyan bir mənəviyyatdır. Bu mənəviyyatın inkişafı isə həyatın əsas məqsədidir. Maddiyyat insanın yaşaması üçün lazımdır, lakin onun varlıq səbəbi deyil. İnsan maddiyyata xidmət etdikcə kiçilir, mənəviyyata yüksəldikcə böyüyür.

Sevgi də məhz bu yüksəlişin yollarından biridir. Çünki sevgi insanı maddi dünyanın dar çərçivəsindən çıxarır. Ona göstərir ki, həyatın mənası sahib olmaqda deyil, layiq olmaqda gizlidir. İnsan çox şeyə sahib ola bilər, amma mənəviyyata layiq deyilsə, daxilən yoxsuldur. Digər tərəfdən, heç nəyə sahib olmayan bir insan yüksək mənəviyyata malikdirsə, əsl zəngin odur.

Bu gün dünyanın ən böyük problemlərindən biri mənəvi aşınmadır. İnsan texniki baxımdan inkişaf edib, amma ruhən zəifləyib. Şəhərlər böyüyüb, binalar yüksəlib, imkanlar artıb. Ancaq eyni zamanda tənhalıq da artıb. İnsanlar bir-birinə daha yaxın görünürlər, amma əslində bir-birindən daha uzaqdırlar. Ünsiyyət çoxalıb, anlaşma azalıb. Tanışlıq çoxalıb, yaxınlıq azalıb.

Bu mənəvi boşluğun əsas səbəblərindən biri sevgisizlikdir. İnsan ruhu sevgidən uzaq düşdükcə öz təbiətindən də uzaq düşür. O zaman həyat yalnız mexaniki fəaliyyətlər toplusuna çevrilir. İnsan işləyir, qazanır, yeyir, yatır və yenidən eyni dövrəni təkrar edir. Belə həyat zahirən canlı görünə bilər, amma daxilən ölüdür.

Sevgi isə bu ölülüyə qarşı üsyandır. O, ruhun maddiyyata qarşı etirazıdır. O, insanın daxilindəki ucalığın öz haqqını tələb etməsidir. Sevgi insana xatırladır ki, o, sadəcə torpaqdan yaranmış bir cism deyil; o, həm də mənəvi yüksəlişə qadir olan bir ruhdur.

Həqiqi sevgi insanı azad edir. Çünki insanı əsarətdə saxlayan şeylərdən biri də öz mənfəətinə həddindən artıq bağlılıqdır. İnsan yalnız özü üçün yaşadıqda qorxularının əsirinə çevrilir. İtirməkdən qorxur, məğlub olmaqdan qorxur, kasıblaşmaqdan qorxur. Sevgi isə ona öyrədir ki, həyatın ən böyük dəyərləri maddi deyil. Buna görə də sevən insanın ruhu daha sərbəst olur.

Sevgi həm də insanın özünü tanımasının yollarından biridir. İnsan çox vaxt öz mahiyyətini yalnız başqa bir qəlblə qarşılaşanda dərk edir. O zaman daxilində gizlənən mərhəməti, sədaqəti, fədakarlığı və vicdanı görür. Beləcə sevgi yalnız başqa bir insanı deyil, insanın özünü də kəşf etməsinə səbəb olur.

Bəlkə də buna görə tarix boyu ən böyük sənət əsərləri, ən təsirli şeirlər və ən dərin düşüncələr sevgidən doğulub. Çünki sevgi insanın ruhuna toxunan ən böyük qüvvələrdən biridir. O, insana adi həyatın arxasında daha böyük bir həqiqətin mövcud olduğunu hiss etdirir.

Nəticədə sevgi nə sadəcə duyğudur, nə də keçici ehtiras. Sevgi ruhun öz ucalığını axtarmasıdır. O, insanın maddi dünyanın sərhədlərini aşaraq sonsuzluğa doğru atdığı addımdır. İnsan sevgidə özündən böyük bir həqiqətlə qarşılaşır. Həmin həqiqət ona öyrədir ki, həyatın mənası toplamaqda deyil, paylaşmaqda; sahib olmaqda deyil, ucalmaqda; yaşamaqda deyil, yaşatmaqdadır.

Və insan bir gün bütün sərvətlərini, bütün titullarını, bütün şöhrətini itirə bilər. Lakin qəlbində yaşatdığı həqiqi sevgi onun mənəvi varlığında əbədi iz kimi qalacaq.

Çünki maddiyyat zamanın içində köhnəlir, sevgi isə ruhun sonsuzluğuna qovuşur. Bu səbəbdən sevgi sadəcə həyatın bir hissəsi deyil — həyatın mənasını yaradan ən böyük mənəvi həqiqətlərdən biridir.

"Marsda çempionat keçirilsə, orada da qalib..." - Yazıçılar Dünya Çempionatından danışdı "Ümidlərin və arzuların buxarlanma xüsusiyyəti var..." - Tanınmış şotland yazıçıdan sitatlar Səməd Vurğunun 120 illiyinə virtual töhfə: “Sözün qüdrəti”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://kulis.az
archiveBu xəbər 30 İyun 2026 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri