Avropada istiqraz buraxılışı ilk dəfə 2 trilyon avronu ötüb
Icma.az bildirir, Marja.az portalına istinadən.
Avropada istiqraz buraxılışının illik həcmi ilk dəfə 2 trilyon avronu (2 trilyon 200 milyard dollar) keçib. Rekord göstəriciyə dövlətlərin davamlı borclanma ehtiyacı və süni intellekt infrastrukturu üçün artan maliyyə tələbi səbəb olub.
Marja.az xəbər verir ki, Alphabet və Amazon da daxil olmaqla ABŞ-ın iri texnologiya şirkətləri süni intellekt üçün lazım olan məlumat mərkəzlərini və digər infrastrukturu maliyyələşdirmək məqsədilə istiqraz bazarlarından böyük həcmdə vəsait cəlb ediblər. Bu şirkətlərin borclanması Avropada istiqraz buraxılışının rekord səviyyəyə çatmasında əsas amillərdən biri olub.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
HSBC Holdings-in strateqləri 2027-ci il üzrə proqnoz hesabatında qeyd ediblər ki, qeyri-maliyyə sektorunda borclanmanın artımı əsasən müxtəlif istiqraz bazarlarından vəsait cəlb edən ABŞ şirkətlərinin payına düşür.
Dünyada faiz dərəcələrinin yüksəlməsi borclanma xərclərini artırıb. Yüksək kredit reytinqinə malik şirkətlərin istiqrazları üzrə gəlirlilik 2023-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. Bununla belə, korporativ istiqrazlara investor tələbinin nisbətən güclü qalması şirkətlərin borclanarkən ödədiyi əlavə risk mükafatının artımını məhdudlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 21 Noyabr 2026 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















