Icma.az
close
up
RU
Sevgililik sənədi” cinayət məsuliyyəti doğura bilər Hüquqşünas XƏBƏRDARLIQ ETDİ

Sevgililik sənədi” cinayət məsuliyyəti doğura bilər Hüquqşünas XƏBƏRDARLIQ ETDİ

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Sosial şəbəkələrdə yayılmış “sevgililik haqqında rəsmi sənəd” trendi cəmiyyətdə birmənalı qarşılanmayıb. Məzəli niyyətlə hazırlanmış bu məhsulda dövlət gerbinin təsvirinə yer verilməsi ciddi hüquqi suallar doğurub. Sosial media istifadəçiləri məsələni həm estetik, həm də hüquqi baxımdan müzakirə etməyə başlayıblar.

 Məsələ ilə bağlı ehtiyatda olan polkovnik və hüquqşünas Şəmsəddin Əliyev Yenisabah.az-a açıqlama verib.

O bildirib ki, belə hallara qarşı vətəndaşlar səssiz qalmamalı, dövlət atributlarına qarşı hər hansı hörmətsiz yanaşma cəmiyyət və hüquq qarşısında sərt şəkildə qiymətləndirilməlidir: Dördpendirli pizza

“Dövlət gerbinin təhrif olunmasına qarşı biganə qalmamalı, cəmiyyət bu hallara sərt reaksiya göstərməlidir. Azərbaycan Konstitusiyasında Azərbaycan vətəndaşlarının vəzifələri deyilən müddəalar var. Yəni bu vəzifələr icra edilmədiyi halda cinayət məsuliyyəti yaradır. Konstitusion vəzifələrin icrası məcburiyyət daşıyır. Hər bir Azərbaycan vətəndaşı Azərbaycanın dövlət himninə, gerbinə və bayrağına hörmətlə yanaşmalıdır. Əks təqdirdə, ciddi məsuliyyət yaranır. Bunlar ümumilikdə beynəlxalq hüququn subyekti kimi rol oynayan atributlardır. Bu baxımdan dövlət gerbi, himni və bayrağı haqqında hörmətsiz yanaşma həm cəmiyyətin əxlaq normaları, həm də beynəlxalq hüququn pozulmasıdır. Təqdim olunan videoda gerbin o şəkildə verilməsi qətiyyən doğru deyil!"

Hüquqşünas bildirib ki, belə hallar ölkə qanunvericiliyinə əsasən məsuliyyət yaradır, bu baxımdan da gerbə yönəlmiş hörmətsizlik cəmiyyətə açıq mesajla cavablandırılmalıdır ki, başqalarına da görk olsun:

"Azərbaycan gerbinin harada və necə istifadə olunması ilə bağlı dəqiq qaydalar mövcuddur. Mən bu halın bilərəkdən edilib-edilmədiyinin fərqində olduğum üçün hesab edirəm ki, müvafiq qurumlar — hüquq-mühafizə orqanları və Baş Prokurorluq bu məsələyə mütləq reaksiya verməlidir. Düşünürəm ki, belə də olacaq.

 Belə vəziyyət  ölkənin qanunvericiliyi ilə məsuliyyətə səbəb olur. Cinayət Məcəlləmizin 324-cü maddəsində dövlət bayrağı və gerbi barəsində təhqiredici hadisələr yaranarsa, vətəndaş 1 il müddətinə azadlıqdan məhrum edilir. Burada mənim fikrim odur ki, bizim dövlət gerbimizə qarşı hörmətsizlik büruzə verib, ona görə mütləq bu haqda sərt reaksiya verilməlidir ki, digər insanlara da görk olsun".

Rəvan Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 İyul 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri