Icma.az
close
up
RU
Sevgilisi ilə həyat yoldaşı bir evdə yaşayan Xalq artisti O, oğlundan niyə imtina etmişdi?

Sevgilisi ilə həyat yoldaşı bir evdə yaşayan Xalq artisti O, oğlundan niyə imtina etmişdi?

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) doğum günüdür.
Kulis.az sənətkarın həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.


1944-cü il noyabrın 14-də Ağdamın Gülablı kəndində doğulub. 6 yaşında olanda Ağdamda babası Yunis kişi onu əzizləyərək "Rəmiş" çağırarmış. Elə o vaxtdan el arasında hamı onu Rəmiş kimi tanıdı.

Ağdama tez-tez gələn maestro Niyazi Rəmişi dinlədikdən sonra onun çalğısını çox yüksək qiymətləndirərək sənətkarın Bakıya gəlməsini məsləhət görüb. Sonralar Rəmiş bu işlə ciddi məşğul olur, musiqi tariximizdə ilk dəfə gitaranı Azərbaycan musiqilərinə, muğamlara uyğunlaşdırır.

Rəmiş Məmməd Araza “Aqilin qaynatası” (yerlisi, tanınmış yazıçı-jurnalist Aqil Abbas nəzərdə tutulur – red.) deyirdi. Bir gün, “Aqilin qaynatası” Rəmişin yaşadığı və ifalar etdiyi “Qu gölü” istirahət mərkəzinə gəlir və onu dinləmək istədiyini bildirir. Rəmiş çox ürəklə çıxış edir. Sonralar videoya baxanda Məmməd Arazın ifanın təsirindən ağladığını görürlər.

***

Konkret səbəbi bilinməsə də, uzun illər Xalq artisti Qədir Rüstəmovla küsülü olub. Mətbuatda bir-biri haqqında tənqidi fikirlər də səsləndiriblər. Bu haqda Rəmiş müsahibələrinin birində deyir:

“Kimi dindirirsən, deyir ki, Qədirlə Rəmiş yola getmir. Niyə, nə şərikli malımız var ki, bölə bilməyək? Başına döndüyüm Azərbaycanın musiqi dəryasından bir parç o götürüb, birin də mən. Amma iki parç da o töküb o dəryaya, iki parç da mən. Ona görə də bitib tükənən deyil. Qədiri ilk dəfə rəhmətlik Əhsən Dadaşovun yanına mən aparmışam. Dedim, Əhsən müəllim, bu oğlanın səsini yoxla. Düzü, əvvəl rəhmətlik inamsız yanaşdı Qədirə. Qədir də tükü-tükdən seçən həssas adam. Üç dəfə ansambla ayaq verdi, Qədir oxumadı. Əhsən müəllim fasilə verib “Şur” üstə tarda özü üçün elə-belə gəzişdi. Birdən Qədir başladı, nə başladı. İçəri girdim ki, qəbri nurla dolmuş gözəl kişi, müqəddəs kişi dəsmalını gözünə sıxıb hönkür-hönkür ağlayır.”

Gur saç saxlayan, dar cins geyinən, üzərinə qeyri-adi aksesuarlar taxan Rəmiş o vaxt azərbaycanlıdan çox xarici rokerlərə bənzəyirdi. Üstəlik, meymun da saxlayır, çiyninə alıb özü ilə gəzdirir, meymununa qızıl diş saldırır. Uzun zaman bu qeyri-adiliklərinə görə onu dövlət televiziyasına buraxmayıblar. Hətta bir dəfə şərt də qoyulub: saçını qırxdırmalısan! Təbii ki, Rəmiş bu təklifi qəbul etməyib. Bir çox çəkilişlərdə o elə həmin görünüşdə düşüb. Çünki Rəmişi əvəz edən ifaçı yox idi.

***

Uzun illər narkotika istifadəçisi olan Rəmiş bunu heç kimdən gizlətmirdi. Ancaq mətbuat bu haqda yazmağa və deməyə ürək eləmirdi. O, özü bu haqda belə deyir:

“Özümdən sonrakı nəslə ağıl, bir də o zəhrimardan uzaq olmağı arzulayıram. Mənim həyatımı o puç etdi. Ailə yox, ev yox, var-dövlət yox. Hamısına bais o zəhrimar oldu”.

Bir gün Rəmişi Bakıda yəhudi toyuna dəvət edirlər. Toyda Azərbaycan mahnı və muğamlarını ifa edən Rəmiş yəhudilərin onun ifasına qulaq asmadığını görüb, qəfil İsrailin dövlət himninin çalır. Bütün zal əlini sinəsinin üstünə qoyub ayağa qalxır.
Rəmiş sənətini həddindən çox sevən və özündəki istedadı dəqiq bilən adam olub. O, özü haqqında belə deyir:

“Ən çox inandığım, barmaqlarımdır. İçimdə qaynayanlar, istəklərim, ən çox inandığım barmaqlarıma süzülür, nəğməyə çevrilir. Yana-yana çaldığım üçün məni də göynədir, dinləyicilərimi də. Mənim inamım da, varım-yoxum da, Məkkə-Mədinəm də o simlərdi, bir də simlərin üstündə iradəmdən kənar, ürəyimin hökmü ilə hərəkət edən barmaqlarımdır.
Bir dəfə avtomobil qəzasında hər iki qolum qırılmışdı. İlk dəfə özümə gələndə fikirləşdiyim bu oldu ki, ayaq barmaqlarımla çala bilərəmmi? Möcüzə nəticəsində qollarım sağaldı”.

3 dəfə ailə quran Rəmişin ilk evliliyindən bir oğlu, ikinci evliliyindən isə iki qızı dünyaya gəlib. Birinci evləndiyi Arzu adlı xanımla rəsmi nikahı olmayıb. 1979-cu ildə Rəmiş Arzu xanımı qaçırıb. Bir il sonra cütlüyün Hüseyn adlı oğlu dünyaya gəlib. Rəmiş oğluna atasının adını versə də, sonralar onu qəbul etməyib. Hüseyn atasını dəfələrlə axtarıb, görüşməyə cəhd edib, amma alınmayıb. 1997-ci ildə Moskvadan gələndə atasına baş çəkən Hüseyn onun xəstə olduğunu görüb boynundakı iri qızıl boyunbağını ona bağışlayıb.

Moskvada bir neçə dəfə həbs olunan, sonuncu həbsi zamanı həbsxanada müəmmalı şəkildə ölən Hüseyn haqqında sual veriləndə Rəmiş həmişə “Mənim o adda oğlum yoxdur” deyib.
Hüseyn atası ilə sonuncu dəfə görüşəndən sonra anasına vəsiyyət edib ki, öləndə Rəmişin adını qəbrimin üstünə yazmayın! Anası oğlunun vəsiyyətinə əməl edərək Rəmişin adını oğlunun məzarı üstünə yazdırmayıb. Rəmişin ilk evliliyindən dünyaya gələn iki qızı ilə də heç bir əlaqəsi olmayıb.
Bu barədə Rəmişin birinci xanımı Arzu xanım deyir:

"Hüseyn dəfələrlə atasını axtarıb, yanına gedib. 1997-ci ildə Moskvadan gələndə atasını yoluxub, xəstə olduğunu görüb, boynundakı qalın qızıl boyunbağını satıb, Rəmişin müalicəsinə xərcləyib: "Kişi yaman qocalıb, bunu eləməliydim" - dedi. Sonuncu dəfə Kamran Həsənli Rəmişdən veriliş çəkirmiş, hansısa şadlıq evində. Hüseyn hardansa xəbər tutmuşdu, özü də xəstəydi, "bürsulyozdan" müalicə alırdı. Elə xəstə-xəstə, qızdırmalı halda durub, o şadlıq evinə gedib. Müalicəsinə xeyli pulumuz çıxmışdı, bir az borcum yaranmışdı. Sonradan öyrəndim ki, atasının yanına kömək üçün gedibmiş. Aancaq Gülü görüşməyə imkan verməyib. Hüseyn də əsəbiləşib, boğurmuş onu, Kamran Həsənli girib araya. Rəmişsə heç nə deməyib. Ordan qayıdandan sonra atasından ürəyi qırıldı, dedi, o adlı adam tanımıram. Atası ilə sonuncu dəfə görüşəndən sonra mənə demişdi ki, tez öləcəyəm, bu yolun sonu yoxdur; amma öləndə onun adını qəbrimin üstünə yazmayın."

Üçüncü həyat yoldaşı Gülü onun fanatı olub.
Deyilənlərə görə, Rəmişin toyu olanda darvazadan baxıb ağlayırmış.
Ailəli ola-ola başqa bir xanımla görüşən Rəmiş həyat yoldaşı Gülüyə o xanımı evə gətirəcəyini deyib. Gülü də razılaşıb.
4 ay sevgilisi ilə həyat yoldaşı bir yerdə yaşayıb.

Rəmiş 5 aprel 2021-ci ildə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Sənətkar Qurd qapısı qəbiristanlığında dəfn edilib.

Orxan Camalın Afrikadan gələn narahat ruhu - Günün şeiri Aras Bulut bir bölümə nə qədər pul alır? “Allaha salam” filminin premyerası keçirildi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://kulis.az
archiveBu xəbər 14 Noyabr 2024 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri