Icma.az
close
up
RU
Sevgilisini döyən şəxsə hökm oxundu

Sevgilisini döyən şəxsə hökm oxundu

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Vəli Babayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media xəbər verir ki, hakim Aynur Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
 

İttihama görə, Vəli Babayev bu paytaxtın Nizami rayonu ərazisində yerləşən mənzillərin birində qeyri-rəsmi ər-arvad münasibətində olduğu zərərçəkmiş Fəridə Abbasova (adı, soyadı şərtidir) ilə yaranmış mübahisə zamanı qadına xəsarət yetirib. Belə ki, tərəflər arasında qadının kişiyə kobud ifadələr işlətməsi səbəbindən mübahisə yaranıb.


Mübahisə zamanı Vəli qəsdən əli ilə Fəridənin baş və sifət nahiyəsinə zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən sol təpə nahiyəsinin hematoması ilə müşayiət olunan bədən xəsarəti yetirilib.
Məhkəmə istintaqı zamanı ifadə verən Vəli Babayev ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, Fəridə ilə təxminən iki il əvvəl tanış olub və həmin vaxtdan qeyri-rəsmi münasibətdə yaşayıblar.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü saat 13:45 radələrində Fəridəyə zəng edərək evə gəldiyini xəbər verib. Təxminən 15 dəqiqə sonra yaşadıqları mənzilə gəlib. Evə daxil olduqdan sonra duş qəbul edib paltarlarını dəyişəcəyini bildirib.
 

Bu zaman Fəridə qonşuya gedəcəyini və qapını bağlayacağını deyib. Vəli isə evdən çıxacağını əsas gətirərək qapının bağlanmamasını istəyib. Qadının qapını bağlayacağını və təxminən bir saat sonra geri qayıdacağını söyləməsi tərəflər arasında gərginliyə səbəb olub. Nəticədə onların arasında sözlü mübahisə yaranıb.


Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, mübahisə zamanı Fəridənin kobud danışması onu əsəbiləşdirib və o, öz hərəkətlərinə nəzarət edə bilməyərək əli ilə zərərçəkmiş şəxsin baş və sifət nahiyəsinə zərbə vurub.
Məhkəmədə çıxışı zamanı Vəli Babayev törətdiyi əməldən peşman olduğunu bildirib. O, sağlamlıq vəziyyətinin və himayəsində azyaşlı övladlarının olmasının nəzərə alınmasını xahiş edərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən istəyib. (Pravda.az)
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 İyun 2026 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri