Icma.az
close
up
RU
Sevgilisini özünü öldürmə həddinə çatdıran şəxslə bağlı QƏRAR

Sevgilisini özünü öldürmə həddinə çatdıran şəxslə bağlı QƏRAR

Icma.az bildirir, Pravda.az portalına istinadən.

Şəki Apellyasiya Məhkəməsində özünü öldürmə həddinə çatdırmada, mənzil toxunulmazlığını pozmada və xuliqanlıqda təqsirləndirilən Elxan Babayevin (soyadı şərtidir) barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, intihar hadisəsi 2023-cü il martın 6-da İsmayıllı rayonunun İsmayıllı kəndində baş verib.

Belə ki, rayon ərazisindəki "Anais" gözəllik salonunda işləyən D.Orucova səhər saatlarında özünü yaşadığı evin həyətində asıb. Onun meyitini oğlu aşkar edib.

Araşdırmalarla məlum olub ki, D.Orucovanı ölümə təhrik edən şəxs var. Qadının telefon zənglərinin araşdırılması zamanı müəyyən edilib ki, həmin qadın İsmayıllıda taksi sürücüsü Elxan Babayevlə tanış olub və bir müddət onunla sevgi münasibətləri yaşayıb. Bir müddət sonra Elxanın qısqanclığına dözə bilməyən D.Orucova ondan ayrılmaq qərarı verib. Lakin Elxan ondan ayrılmaq istəməyib və onu hədələməyə başlayıb. D.Orucova ilə münasibətləri barədə qohumlarına məlumat verəcəyini deyən Elxan ondan şantaj yolu ilə qızıl və pul alıb. Bu üsulla Elxan qadını hər gün şantaj və təhdid edirmiş. Təhdidlərə dözməyən qadın iş yerindən çıxaraq taksi ilə evinə gəlib və özünü evinin həyətində asıb.

Faktla bağlı başlanmış cinayət işi ilə bağlı iki ilə yaxın araşdırma aparılıb və istintaq yekunlaşaraq iş məhkəməyə göndərilib.

İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə Elxan Babayev 6 il 6 ay azadlıqdan məhrum edilib.

Kamal Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://pravda.az
archiveBu xəbər 02 İyul 2025 08:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əgər Avropa Birliyi bundan imtina etməsə... Ağ Ev

30 İyun 2025 21:07see153

Qazma platformasında FACİƏ: Ölənlər var

02 İyul 2025 04:51see142

“Daxili işlərimizə qarışmayın” Azərbaycan da nota verdi

01 İyul 2025 20:10see135

Evdən döyülərək çıxarıldılar Öldürülən həmyerlilərimizin qardaşı qızı hadisə barədə DANIŞDI

01 İyul 2025 01:07see130

Doğuş sonrası depressiya və uşaqlara zərər vermə riski

30 İyun 2025 20:25see129

Rus bölməsində təhsil ödənişli olmalıdır Tanınmış teleaparıcı

02 İyul 2025 02:34see129

Duyğusal yükdən necə azad olaq? Psixoloqdan MƏSLƏHƏT

01 İyul 2025 05:00see124

Ağ Ev: TikTok un satışı ilə bağlı Çinlə danışıqlar yüksək səviyyədə aparılır

01 İyul 2025 02:53see123

Universiadada 62 ölkədən cüdoçular çıxış edəcək

01 İyul 2025 17:41see122

Sentyabrda sürücülük vəsiqələri iki dəfə bahalaşacaq...

01 İyul 2025 22:26see122

Ağ Ev: Aİ rəqəmsal vergidən imtina etməsə, ABŞ cavab tədbirləri görəcək

30 İyun 2025 20:41see122

Şahin Şahbazov vəzifəsindən ayrıldı

30 İyun 2025 23:02see122

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

01 İyul 2025 21:57see120

17 yaşlı Kadırovun toyuna kimlər gedib?

30 İyun 2025 23:43see118

“Qarabağ”dan böyükhesablı qələbə

30 İyun 2025 21:08see118

Beynəlxalq olimpiadada 5 medal

02 İyul 2025 10:35see115

Qarabağ daha bir legionerlə yollarını ayıra bilər

02 İyul 2025 10:33see112

Azərbaycan diasporunun lideri sərbəst buraxılıb (Yenilənib)

02 İyul 2025 16:19see112

Voronejin ən böyük bazarının azərbaycanlı ortağı Yusif Xəlilov saxlanılıb

01 İyul 2025 21:47see112

ABŞ İsraillə anlaşdı

02 İyul 2025 04:17see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri