Icma.az
close
up
RU
Dövlət Proqramının icrası ilə əlaqədar NDU da reallaşdırılan layihələr və görüləcək işlər açıqlanıb

Dövlət Proqramının icrası ilə əlaqədar NDU da reallaşdırılan layihələr və görüləcək işlər açıqlanıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan, 2 iyul, AZƏRTAC

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023 - 2027-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında insan kapitalının inkişafı istiqamətində 3 mühüm tədbirin Naxçıvan Dövlət Universiteti (NDU) ilə bağlı olması ölkəmizdə təhsilə, elmə və insan kapitalının inkişafına diqqətin bariz nümunəsidir. 2024-cü il üzrə NDU-da Dövlət Proqramı çərçivəsində müəyyənləşdirilmiş fəaliyyətlərin icrası istiqamətində mühüm işlər görülüb və cari ilədək olan bütün istiqamətlərdə demək olar ki, tam icraya nail olunub. Universitet rektorunun 2023–cü il 5 dekabr tarixli əmri ilə müvafiq komissiya yaradılaraq fəaliyyətə başlayıb.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Dövlət Universitetinin iqtisadi məsələlər üzrə rektor müşaviri Ülvi Baxışlı deyib.

O qeyd edib ki, Dövlət proqramı çərçivəsində NDU nəzdində İngilisdili təmayüllü Gimnaziya yaradılıb və Nizamnaməsi təsdiq edilib. Növbəti mərhələdə Kembric Universitetinin lisenziyası əsasında NDU Beynəlxalq Kembric Məktəbi fəaliyyətə başlayıb. Həm yerli kurikulum, həm də beynəlxalq proqram üzrə fəaliyyət göstərən məktəbdə müvafiq standartlara uyğun müəllim qəbulu reallaşıb və struktur formalaşdırılıb: "2024-2025-ci tədris ilindən müvafiq tələblərə uyğun şagird qəbulu həyata keçirilib və tədris prosesinə başlanılıb. Eləcə də məktəbin kitabxanası və texniki təminatı üçün Dövlət Proqramı çərçivəsində 72 min 748 manatlıq 670 adda elektron və çap şəklində Kembric dərslikləri və digər kitabların təminatı reallaşdırılıb. Eyni zamanda 151 min 440 manatlıq elektron tədris avadanlıqları - 2 PC kompüter, 2 Notebook, 2 çoxfunksiyalı rəngli printer, 2 ağ - qara printer, 2 İnteraktiv monitor, 2 UPS, 90 çoxfunksiyalı tablet alınaraq məktəbin istifadəsinə verilib".

Rektor müşaviri vurğulayıb ki, Dövlət proqramı vəsaiti hesabına icra edilən layihə hazırda icra prosesindədir və növbəti tədris ilinədək işlərin yekunlaşdırılması nəzərdə tutulur.

2024 – 2025-ci tədris ilindən ölkədə ilk dəfə olaraq NDU - da Tibb fakültəsində Tibb ixtisası üzrə SABAH qruplarına tələbə qəbulu uğurla baş tutub və 21 tələbə tədrisə başlayıb. Universitet tərəfindən tələbələrin bütün ehtiyacları və mövcud təlimata uyğun olaraq semestr təqaüdlərindən əlavə 50 manat məbləğində təqaüdlə təmin edilib. Dövlət proqramı xətti ilə NDU-da SABAH qruplarının elektron bazasının və kitabxana resurslarının zənginləşdirilməsi məqsədilə müvafiq satınalma metodundan istifadə edilərək ümumi dəyəri 65 000 manat olan, 4 ədəd Ultra 4K proyektor, 15 ədəd Notebook, 171 adda müxtəlif dillərdə Tibb ixtisasına uyğun dərslik alınaraq tələbələrin istifadəsinə verilib.

"Təfsilatlı Tədbirlər Planında NDU üçün nəzərdə tutulmuş digər mühüm bir istiqamət isə Naxçıvan Dövlət Universiteti ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili olub və bu istiqamətdə beynəlxalq əməkdaşlıqlar genişləndirilib. İkili diplom proqramlarının icrası məqsədilə NDU-da İqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələrin 2+2 formatında təhsillərini Türkiyənin Çankırı Karatekin Universitetinə əvvəlcədən bağlanılmış müqavilə çərçivəsində davam etdirməsinə 2024-2025-ci tədris ilindən start verilib. 2024-cü ilin oktyabr ayında Macarıstan Respublikasının John Von Neyman Universiteti ilə tədrisi ingilis dilində aparılan Kompüter mühəndisliyi ixtisası üzrə ikili diplom müqaviləsi bağlanılıb və 2025-2026-cı tədris ilindən qəbul aparılacaq. Ümumilikdə, 2024-cü il ərzində NDU ilə müxtəlif ölkələrdə fəaliyyət göstərən ali təhsil müəssisələri arasında 12 anlaşma memorandumu, 6 ERASMUS razılaşması bağlanılıb",- deyə əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see344

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see243

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see237

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see168

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see137

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see136

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri