Icma.az
close
up
RU
Sevgilisini qaçırarkən qayda pozdu Dostu ilə birlikdə həbs edildi

Sevgilisini qaçırarkən qayda pozdu Dostu ilə birlikdə həbs edildi

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Bakıda sevdiyi qızı qaçıran şəxs dostu ilə birlikdə həbs edilib.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Saatlı rayon sakini, 2001-ci il təvəllüdlü Fərman Nağıyev (ad və soyad şərtidir) dostu Ülvi ilə birlikdə sevdiyi qızı qaçırmaq qərarına gəlib. O, bu barədə qızla danışıb və razılıq əldə edib. Sevdiyi qız Fərmana zəng vuraraq onu Sabunçu rayonu ərazisindəki orta məktəblərdən birinin qarşısına görüşə çağırıb və onunla qaçmağa razı olduğunu bildirib.

Fərman bu barədə dostu Ülvi ilə danışıb və ondan kirayəyə avtomobil götürməsini xahiş edib.

Ülvi dostunun xahişini yerinə yetirib, 75 manata avtomobil kirayələyib.

Dostlar qızın dediyi vaxtda görüş yerində olublar. Qız evlərindən çıxaraq görüş yerinə gəlib və dostların gətirdiyi maşına əyləşib. Ülvi avtomobili idarə edib və əsas yolla hərəkət etməyə başlayarkən, Fərmanla sevgilisi arasında qısqanclıq zəminində mübahisə yaranıb. Fərman qızdan üzr istəsə də, sevdiyi qız onun üzrünü qəbul etməyib və Ülvidən avtomobili saxlamasını tələb edib. Ülvi həmin yerdə avtomobili saxlamağın qadağan edildiyini bildirsə də, qız ondan dərhal maşını saxlamasını istəyib və avtomobil gedə-gedə qapını açıb. Çarəsiz qalan sürücü qızın təhlükəsizliyi məqsədi ilə avtomobili qadağan olunmuş yerdə saxlayıb. Bu vaxt yol polisi avtomobilə yaxınlaşıb və sürücüdən yol-hərəkəti qaydasını pozduğunu bildirib. Elə bu vaxt qız avtomobildən qışqıraraq, onun məcbur qaçırıldığını deyib.

Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə Fərman Nağıyev və onun dostu barədə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Nağıyev 8 il, dostu Ülvi isə 6 il 9 ay azadlıqdan məhrum edilib.

Samir Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Sentyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri