Icma.az
close
up
RU
Sevgisi Vətən olan qəhrəman Elməddin FOTO

Sevgisi Vətən olan qəhrəman Elməddin FOTO

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

44 günlük haqq savaşımızda Azərbaycanın qeyrətli oğulları 30 il düşmən tapdağına dönən müqəddəs yurd yerimiz- Qarabağımızın azadlığı uğrunda odlardan, alovlardan keçərək düşməni məhv etməklə şanlı tarix yazıblar. Tarixi zəfərin qazanılmasında 11 mart 1997-ci ildə Biləsuvar rayonu, Zəhmətabad kəndində dünyaya göz açan, əslən Lerikin Kəlvəz kəndindən olan Elməddin Sübhi oğlu Əlizadə də minlərlə Vətən övladının önündə idi. Bu şərəfli mübarizə yolunda göstərdiyi misilsiz şücaəti ona yeni bir ədəbi həyat bəxş edib. Belə ki, yağıya qarşı son damla qanına qədər mərdliklə döyüşən igid torpağa gömülməyib, ürəklərə köçməklə xalqına sonsuz məhəbbət, sevgi mücəssəməsinə dönüb. Vətənpərvərliyin ən ali məqamına yetişən oğlunu dövlət də ölümündən sonra “Vətən uğrunda”, Füzulinin, Xocavəndin azadlığına görə medallara layiq görüb.
Uşaq yaşından Vətəninə, xalqına sevdalı boya-başa çatan, mərdlik, cəngavərlik ruhu qanına, canına hopan Elməddin Əlizadə məktəb illərində yaxşı oxuyub, aldığı yüksək qiymətlərlə valideynlərini, yaxınlarını sevindirib. 2014-cü ildə məktəbi bitirib yetkinlik yaşına çatanda kənddə hamı onun mədəniyyətinə, əxlaqına, fəal vətəndaşlıq mövqeyinə, qurub-yaratma həvəsinə heyran kəsilib.
Elməddin canına yağı dadanmış yurdunun daşına, hər qarış torpağına, qayasına vurğun olduğuna görə ürəyi erməni dığalardan qisas almaqla alışıb-yanıb. Odur ki, 2015-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılanda çox sevinib. Evdən yola düşəndə qohum-qonşuya söz verib ki, vicdanla, qeyrətlə doğma Vətənin keşiyində duracaq və murdar niyyətli düşmənlərə qarşı amansız olacaqdır.
O, əsgərliyə Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə başlayıb. İlk gündən komandirlərin tapşırıqlarını vaxtında və yüksək keyfiyyətlə yerinə yetirib. Mərdliyini, cəsurluğunu, ağılını görənlər onu Vətənin layiqli oğlu bilib, hörmətini yüksək saxlayıblar. Kəşfiyyatçı Elməddin hərbi bilikləri dərindən mənimsəmək üçün öz üzərində gərgin çalışıb. Vətənə məhəbbət, düşmənə nifrət hissi isə qatıldığı çətin təlimlərdə belə ona uğur qazandırıb. Vaxt keçdikcə təcrübə toplayıb və döyüş səriştəsi artıb.
Elməddin Əlizadə hərbi xidmətdə olarkən 2016-cı il Aprel döyüşlərində düşmən hücumunun qarşısının alınmasında iştirak edib. Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovla birgə vuruşub, böyük fədakarlıq göstərib. Lələ təpənin bağrına zəfər bayrağını sancan qeyrətli, mərd igidlərdən olub.
Qürur, heyrət doğurdan məqamlarla əsgərliyini başa vurduqdan sonra Elməddin hərbi geyim tikiş fabrikində işləməyə başlayıb. İşinə ürəklə yanaşıb, bacarığı, əzmkarlığı, təbiətindəki halalıq, düzlük ona kollektivdə hörmət qazandırıb. Xeyirxah əməllərdən özünə çələng hörə-hörə gözəl günlərə doğru yön alıb. Özünəməxsus mənəviyyat fəlsəfəsində yalnız xalqına gərək, Vətəninə fayda vermək olub. Necə deyərlər, eşqində, gözündə sehrli bir nur ömrünü-gününü insanlar üçün yaşamağı həyat kredosu seçib.
İkinci tərəfdən isə yağı düşmənin Qarabağ torpaqlarının işğalı Elməddini rahat buraxmayıb. Xəyalı gücə-gündüz döyüş bölgələrində dolaşıb. Odur ki, 2020-ci il 27 sentyabrından başlanan Vətən müharibəsi zamanı Elməddin Əlizadə könüllü olaraq əlinə silah alıb savaş meydanına yollanıb. Kəşfiyyatçı kimi odun-alovun içinə girən Vətən sevdalısı Ağdam istiqamətində öz dəstəsi ilə dığaların yerləşən mühüm strateji əhəmiyyətli mövqelərini darmadağın ediblər. Daha sonra Füzuli və Xocavənddə gedən ölüm-dirim müharibədə sözün əsl mənasında, yağıya od qoyub. Şuşa şəhərinin azadlığı uğrunda xüsusi qəhrəmanlıq göstərib, düşmənin xeyli sayda canlı qüvvəsinin axırına çıxıb. 8 noyabrda düşmənlə əlbəyaxa savaşda Elməddin ağır yaralanıb. Buna baxmayaraq döyüşdən qalmır, güllələr üstünə dolu kimi yağsa da, son nəfəsdə dığalardan arzuladığı qisası ala bilib. Zəfərimizi görüb, arxayın gözlərini yumub. 23 yaşında- həyatının ən parlaq dövründə milyonların ürəyində özünə əbədi məkan qurub.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Sentyabr 2026 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri