Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Sevgisi Vətən olan Telman

Sevgisi Vətən olan Telman

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

İkinci Qarabağ müharibəsində 30 il yağı tapdağında olan Qarabağımızın azadlığı uğrunda cəsarət və hünərlə vuruşub şəhidlik zirvəsinə yüksələn igid oğullardan biri də 1998-ci ildə Biləsuvar rayonu, Bağbanlar kəndində dünyaya göz açan Telman Rafiq oğlu Həsənlidir. Qanı bahasına adını şanlı tariximizə yazan Vətən sevdalısının qısa ömür yolu bütün Azərbaycan xalqı üçün böyük şərəf və qürur mənbəyidir. Ağır müharibə meydanında göstərdiyi qəhrəmanlıq dünya durduqca yaşayacaq və gələn nəsillərə Vətəni sevməyi, doğma torpağını necə qorumağı öyrədəcək.
Adı xalqımızın yaddaşına əsl qəhrəmanlıq, igidlik və cəsurluq simvolu kimi yazılan Telman Həsənli ordu sıralarına yağıdan qisas almaq istəyi ilə yola düşüb. Cəbhə bölgəsində əlinə silah alanda Vətəni hər şeydən üstün, canından belə əziz bilib. Onu qorumaqla bərabər, həm də məqamı gələndə müharibə meydanında gücünü yağıya göstərməkdən ötrü hərbi təlimlərə həvəslə qatılıb. Və çalışqanlığı, mübarizliyi, ürəyində düşmənə nifrət hissi çətin sınaqlarda belə ona uğur gətirib. Həmçinin onun ağılı, həyata baxışı, Vətən, torpaq naminə öyrənmək həvəsi həmişə əsgərlərə nümunə göstərilib. Beləcə 2018-ci ildə üzüağ əsgərlik dövrünü başa vursa da, düşməndən alacağı öcə görə peşəkar hərbçi olmaq sevdası bir an da olsa ürəyindən çıxmayıb. Ömrünü hərbiyə bağlamaqla xidmətini davam edib, təpədən-dırnağa bütün varlığı ilə erməni dığalara qarşı döyüşə hazırlaşıb. Ən əsası qısa müddət ərzində tankın “dilini” tam öyrənməklə bu peşənin sərrafı olub. İgidliyi, mərdliyi, dürüstlüyü də öz yerində. Damarlarında axan qeyrət qanı isə hər an Telmanı müqəddəs yurd yerimiz olan Qarabağın azadlığı naminə səngərə, yağı düşmənlə döyüşə çağırıb.
Telman Həsənli həmişə arzusunda olduğu 2020-ci ilin sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsinin ilk günündə öz tankı ilə ağır döyüşlərə birincilər cərgəsində atılıb. Rəşadəti, hünəri sayəsində dığalara meydan oxuyub, canlarına qorxu salıb. Döyüşdən-döyüşə qəlbində onlardan intiqam, qisas almaq alovu get-gedə güclənib. Ciddi sınaqlarda düşmənin canlı qüvvəsinə, texnikasına böyük tələfat verməklə hamını heyran qoyub.
İgid tank komandiri Füzuli istiqamətində gedən haqq savaşımızda xüsusi qəhrəmanlıq göstərib və düşmən tankını qənimət götürüb. Hər qazanılan qələbə Telmana yeni güc verib, addım-addım şanlı qələbəyə doğru aparıb. Bir neçə dəfə ağır qəlpə yaraları alsa da, qısa müalicədən sonra böyük ruh-yüksəkliyi ilə yenidən ən ağır döyüş bölgəsinə qayıdıb. Yağının kabusuna çevrilməklə Cəbrayılda, Xudafərin uğrunda odlardan, alovlarda keçərək tarix yazıb. Sonuncu döyüşü isə Qubadlı istiqamətində olub. Belə ki, haqq savaşımızın 22-ci günündə-oktyabrın 18-də ölümcül yaralanır, amma erməni dığaların qarşısında əyilməyib, son damla qanına qədər mübarizə aparıb, şərəflə şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu layiqincə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Telman Həsənli ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", Xocavəndin, Cəbrayılın, Füzulinin azadlığı uğrunda medalları ilə təltif edilib.
Telman Həsənlinin adı ürəklərdə və qəlblərdə əbədi olaraq yaşayacaq. Çünki o, Vətənimizin işıqlı sabahları, bizim xoşbəxt gələcəyimiz naminə canını əsirgəmədi. Eləcə onun şərəfli ömür yolu zaman-zaman gələcək nəsillərə örnək, nümunə olacaq.

Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 İyun 2026 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri