Sevil Hacıyeva ilə bağlı qərar verildi
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vəkillil fəaliyyətinə xitam verilmiş Sevil Hacıyevanın cinayət işi Ali Məhkəmədə araşdırılıb.
Milli.Az xəbər verir ki, Ali Məhkəmə apellyasiya instansiyalasının qərını qüvvədə saxlayıb.
Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə Xaçmaz Rayon Məhkəməsində mühakimə edilən Sevil Hacıyevaya 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiyanın hökmünü qüvvədə saxlayıb.
Həm təqsirləndirilən, həm də zərərçəkmiş şəxs qərardan kassasiya şikayəti verib.
Sevil Hacıyeva həyətinə girən itə işgəncə verərək, amansızlıqla öldürən Xaçmaz rayon sakini, 86 yaşlı Balasoltan Daşdəmirovun qızıdır. Balasoltan Daşdəmirov bu əməlinə görə İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsi) 500 manat məbləğində cərimə edilmişdi./Qaynarinfo
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 05 Fevral 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















