Icma.az
close
up
RU
Sevinc və xoşbəxtlik haqqında 25 aforizm

Sevinc və xoşbəxtlik haqqında 25 aforizm

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Başqaları üçün işıq verən şüa olub özünə də işıq saçmaq ən yüksək xoşbəxtlikdir. Feliks Dzerjinski

Başqalarının xoşbəxtliyindən özünə pay çıxaran insan, ən xoşbəxt insandır. Yohann Volfqanq Göte

Bir çox insan yaxşılığa can atmaq əvəzinə xoşbəxtlik, parlaqlıq və uzunömürlülük üçün can atır; həmişə böyük, parlaq və nəcib rollar oynamaq istəyən axmaq aktyorlara bənzəyirlər, nə və nə qədər oynamaq lazım deyil, necə oynamaq vacibdir. Artur Şopenhauer

Çox sayda insan heç bir dinə qulluq eləmir. Bu onların haqqıdır, kiminsə bu haqqı onların əlindən almağa ixtiyarı yoxdur. Əsas olan onların həyatının bir mənasının olmasıdır, başqa cür desək, xoşbəxt olmalarıdır. Amma söhbət başqalarına zərər vermədən xoşbəxt olmaqdan gedir. Çünki əgər bizim xoşbəxtliyimiz başqalarının əzab çəkməsindən keçirsə, əvvəl-axır biz də əzab çəkəcəyik. Dalay Lama

Çox vaxt söylənilən fikirdən həzz almağın əvəzini bütün həyatdakı xoşbəxtliklə ödəyirlər. Pyer Büast

Bədbəxt insan başqalarının ağrı-acısı ilə rahatlıq tapan şəxsdir. (Sədi Şirazi)

Bədbəxt o adamdır ki, xeyirlə şəri qarışıq salır. (Naməlum)

Bir var, şəxsi həyatın kortəbiiliyi, bir də var ictimai həyatın, cəmiyyətin kortəbii olması.

Hər ikisi dərk olunmasa işıqlı həyat yaşamaq mümkün deyil. (Əbu Turxan)

Biz səadətimizi özümüzlə daşıyan Adəm övladlarıyıq, eyni zamanda biz içimizdə olan səadətin çağırışını eşidib, səsin mənbəyini özümüzdən kənarda axtaran insanlarıq. (Rövşən Abdullaoğlu)

Bu dünyada xoşşeylər azdır, xoş olan da çox vaxt ancaq başlanğıcdadır. (Yusif Balasaqunlu)

Canıyananlıq başqasının bədbəxtliyinə yanmaq, paxıllıq isə başqasının xoşbəxtliyinə yanmaqdır. (Platon)

Dərdin də öz lirikası, öz ahəngi var; dərddən ancaq onun ahəngini kompensasiya edən başqa ahənglərin təsiri ilə çıxmaq olar. (Tur Xander)

Dünyada sonsuz bir xoşbəxtlik yoxdur; nə məşhur bir soy, nə gözəllik, nə güc-qüvvət, nə zənginlik, heç bir şey bizi fəlakətdən qurtara bilməz. (Aleksandr Puşkin)

Əksər insanlar var-dövlət yığmaqla dərdlərinə son qoymamış, əksinə, onları daha da çoxaltmışdır. (Epikür)

İnsanın təriflənəsi bir şeyi olmayanda öz bədbəxtliyi ilə öyünməyə başlayır. (A.Qraf)

İnsanın xoşbəxtliyi üçün içindəki işıq yetərli deyil; yaşadığı mühit də işıqlı olmalıdır. (Əbu Turxan)

İstək reallıqdan uzaq olanda xoşbəxtliyin qapıları bağlanır. (Əbu Turxan)
Kiminsə xoşbəxtliyinin arxasında kiminsə fədakarlığı durur. (Əbu Turxan)

Məsləhətlərimizlə yardım etdiyimiz insanların xoşbəxtliyi bizi o qədər də
maraqlandırmır. (Vovenarq)

Müdrik adamın faciəsinə şərik ol, nadan adamın xoşbəxtliyinə şərik olma. (Əbu Turxan)

Nadan xoşbəxtliyi uzaqlarda axtarır, müdrik isə onu öz yanında yetişdirir. (C.Oppenheym)

O kəs də xoşbəxtdir ki, hörmət etdiyi kəs haqqında xatirə belə onu özünü təkmilləşdirməyə sövq edir. (Kiçik Seneka)

O şəxs bədbəxtdir ki, onun özəl hissi dünyası özgələşir;
yəni ağıl və fikri həyatla, inamla, məhəbbət və etimadla birləşdirən ilməklər qırılır! (Georq Vilhelm Fridrix Hegel)

Əgər biz xoşbəxtliyin qayğısına daha az qalsaydıq, daha xoşbəxt olardıq. Pyer Büast

Əgər insan əzab çəkmirsə, bu onu bildirirmi ki, o, ali xoşbəxtlikdən həzz alır? Mark Tulli Siseron

Əgər kütlə ləyaqətli insanlar haqqında ədalətli mühakimə yürüdürsə, bu, mühakimə edilənlərin xoşbəxtliyindən çox kütlənin özünü şərəfinə aiddir. Mark Tulli Siseron

Əksəriyyətimiz üçün xoşbəxtlik maddi zənginliklə əlaqədardır. Lakin mal-mülkün təkbaşına xoşbəxtlik gətirmədiyi də ortadadır. Bunun üçün gözümüzü diqqətlə açıb baxmağımız kifayət edər. Hər cür naz-nemətə malik olmalarına baxmayaraq, sakitləşdirici dərmanlardan istifadə edən, ya da təsəlli tapmaq ümidiylə alkoqola məğlub olan insanlar tanıyırıq. Bunun əksinə, heç bir şeyi olmasa da xoşbəxt, dinc, sağlam həyat yaşayan insanlar da var, kifayət qədər də uzun ömür sürürlər. Dalay Lama

Ən heyrətamiz yanılmalardan biri budur: insan xoşbəxtliyinin heç nə etmədən oturmaq olduğunu düşünürlər. Lev Tolstoy

Ən qəribə və yalnış fikirlərdən biri insan xoşbəxtliyinin insanın heç nə etməməsi ilə bağlı olması kimi yalnış fikirdir. Lev Tolstoy

Ən pis adama onu sevdiklərini deyəndə o fərəhlənir. Deməli, xoşbəxtlik elə budur... Lev Tolstoy

Əsl dost misilsiz xəzinədir: xoşbəxtliyi artırar, dərd-qəmi azaldar. Uilyam Şekspir

Əslində insan xoşbəxtdir - xoşbəxtliyin dəqiqə-dəqiqə gələcəyini gözləyərək yaşayır. Edqar Allan Po

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:387
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 Noyabr 2024 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri