Icma.az
close
up
RU
Sevindiyimdən bilmirəm nə edim Zahid Qarayev

Sevindiyimdən bilmirəm nə edim Zahid Qarayev

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

32 ildən sonra Bakı-Ağdam sərnişin qatarının hərəkətə başlaması bir çoxları üçün unudulmaz gün oldu. Bu tarixi səfərdə iştirak edənlərdən biri də ehtiyatda olan polkovnik-leytenant, baş komandonun əsgəri Zahid Qarayev idi.

O, BAKU.WS-ə açıqlamasında duyğularını bölüşüb:

"Mən çox sevinirəm ki, Ağdama 32 ildən sonra bir daha qatarla gedirəm. Yanımdakılar da komandirimin - Allahverdi Bağırovun övladlarıdır. O mənim komandirim olub. Biz Bakıya gələndə Allahverdi Bağırovun övladları azyaşlı idilər".

O, keçmişi xatırlayaraq indiki hisslərini belə ifadə edib:

"O müharibəni görmüş insan hazırki vəziyyətdə çox fərqli təəssüratlar keçirirlər. Elə bilirəm ki, yuxudayam. Mən özümə söz vermişdim ki, bütün Qarabağda tikinti bərpa işləri yekunlaşdıqdan sonra, ora bu səfər bütün medallarımla gedəcəyəm. O zamana qədər heç bir medalımı taxmayacağam".

Qarayev unudulmaz bir xatirəsini də bölüşüb:

"Mənim bir arzum da var idi. Deməli, o vaxt Şəkidə 15 bayrağımızı hazırlamışdıq. Hansı ki, Ulu öndər Heydər Əliyevə də o bayraqlardan birini göndərmişdik. O bayraqlardan biri məndə qalmışdı. Axırıncı səfər Qarabağa gedəndə onu da özümlə aparmışdım. Ona görə də sizə təşəkkür edirəm ki, məni gəlib tapdınız".

Polkovnik-leytenant həmin səfərdə yaşadığı həyəcanı belə ifadə edib:

"Məndən soruşursunuz ki, necə təəssürat keçirirsən? Necə olaram?. Bu gün 30 ildən çoxdur görmədiyim adamları görmüşəm. Bu qədər müddət keçməsinə baxmayaraq biz hələ də bir-birimizi tanıyırıq".

O, minnətdarlığını da çatdırıb:

"Ulu öndərimizə, Ali Baş Komandanımıza, şəhidlərimizə, qazilərimizə minnətdarıq. Biz diri şəhidlərik, ancaq hər iki Qarabağ müharibəsində ölənlər isə yoxdular - ölü şəhidlərdir… Heç vaxt demək lazım deyil ki, mən belə etmişəm. Çünki biz belə etmişik".

Sonda Zahid Qarayev Heydər Əliyevlə olan unudulmaz söhbətini də yada salıb:

"Ulu öndər Heydər Əliyev Naxçıvanda məndən soruşdu ki, haralısan? Dedim, azərbaycanlı. Yenə sualı təkrar etdi ki, haralısan? Yenə dedim, azərbaycanlı. Bu səfər soruşdu ki, hansı regiondansan? Dedim ki, torpağın o başı, bu başı olmaz... Biz hamımız azərbaycanlıyıq".

Şahanə Xankişiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://baku.ws
archiveBu xəbər 30 Avqust 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see319

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see307

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see290

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see269

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see257

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see250

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see199

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see195

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see182

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see181

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see173

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see172

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see171

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see169

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see169

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see169

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see166

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see163

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see158

Bu tarixlərdə insanlar avtoqəzalarda daha çox ölür?

20 Avqust 2026 00:45see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri