Icma.az
close
up
RU
Sevinirəm ki, qazandığımız Qələbədə mənim də payım var

Sevinirəm ki, qazandığımız Qələbədə mənim də payım var

Icma.az bildirir, Azertag portalına istinadən.

Lənkəran, 31 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Beş il öncə düşmən üzərində qazandığımız tarixi şanlı qələbənin əldə olunmasında ordumuzun hərbi gücü, döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə rol oynayıb. Bu müqəddəs amal uğrunda döyüşərək şəhid olan, sağlamlığını itirən igid oğullarımız təkcə ailəsinin yox, həm də xalqımızın qürur yerinə çevriliblər.

AZƏRTAC xəbər verir ki, belə qəhrəman oğullarımızdan biri də Babək Bəhram oğlu Rzazadədir.

Lənkəran rayonunun Mamusta kəndində anadan olan qəhrəman həmyerlimiz 44 günlük Vətən müharibəsinin iştirakçısı kimi adını hərb tariximizə yazdırıb. Cəbhədə ən gərgin döyüşlər gedən bir zaman baş leytenant Babək Rzazadə tabeliyində olan 50 nəfərlik heyətlə Cəbrayıl, Füzuli, Qubadlı və Xocavənd rayonlarının düşməndən azad edilməsində təcrübəli zabit kimi öz hünərini göstərir. Döyüş tapşırığını yerinə yetirdiyi bütün istiqamətlərdən qələbə ilə qayıdan Babəkin ən böyük arzusu Şuşa şəhərinin də tamamilə düşməndən az edilməsində iştirak etmək idi. Qəhrəman zabit arzusuna çatır. Lakin Zəfər gününə iki gün qalmış, noyabrın 6-da səhər saat 6-7 radələrində Şuşakənd istiqamətində gedən döyüşlərdə hər iki ayağından ciddi yara alır: “Döyüşün ilk günündən sonuna kimi keçdiyimiz döyüş yolu hafizəmdədir. O günlər heç vaxt yadımdan çıxmır. Sevinirəm ki, bu qələbədə mənim də payım var. Yaxşı ki, bu qisas gələcək nəsillərə qalmadı. Müharibədə yaralansam da, sağlamlığımı itirsəm də bununla qürur duyuram”.

Babək Rzazadənin hələ orta məktəbdə oxuduğu illərdən hərbiyə olan marağı onu Cəmşid Naxçıvanski adına hərbi liseyə gətirir. Daha sonra Azərbaycan Ali Hərbi Məktəbini bitirən B.Rzazadə 2016-cı ildən ordu sıralarında xidmətə başlayır. Qəhrəman hərbçi ilə bağlı Gənclərin Çağıraşaqədərki Hərbi hazırlığı fənnini tədris edən müəllimi də öz şagirdinin dönməzliyi, mətinliyi barədə qürur hissi ilə danışır: “Çox şadam ki, belə şagirdim var. Babək məktəbdə bütün tədbirlərə iştirak edirdi. Onda vətənpərvərlik hissi o qədər böyük idi ki, 9-cu sinifdə Cəmşid Naxçıvanski adına hərbi liseyinə daxil oldu. Babək çox peşəkar zabit idi. Təbii ki, müharibə itkisiz olmur. Babək müharibədə yaralansa da, sağlamlığını itirsə də, onun gördüyü iş, keçdiyi döyüş yolu neçə-neçə gələcək nəslin xilasına xidmət edir”.

Babək müharibəyə atıldığı gündən ürəyində narahatlıq və sevinc hissini eyni anda daşıyan İlhamə ana deyir ki, övladı ailəsi ilə yanaşı, kəndinin, elinin, obasının başını uca etdi. Bu gün ailəmizdə qəhrəman bir övladın olması bizim üçün böyük fəxrdir deyir: “Fəxr edirəm ki, doğma Qarabağımızın düşmən tapdağından təmizlənməsində onun da payı var”.

Babək Rzazadə döyüşlərdən sonra ölkə başçısının sərəncamları ilə Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azad olunmasına görə və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri