Icma.az
close
up
RU
Səxavət Məmməd: “Rusiyanın bir neçə şəhərinə enməyə cəhd göstərilsə də, ruslar buna imkan yaratmayıblar” KONKRET

Səxavət Məmməd: “Rusiyanın bir neçə şəhərinə enməyə cəhd göstərilsə də, ruslar buna imkan yaratmayıblar” KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dekabrın 25-də Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.Aktauda qəzaya uğrayan təyyarə Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Üstəlik, Rusiya tərəfinin elektron döyüş sistemlərindən istifadə etməsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic edilib. Məhz bu vəziyyətə görə təyyarə Rusiya aviasiya məkanında radarlardan itib.

KONKRET.az-a açıqlama verən hərbi ekspert Səxavət Məmməd bildirib ki, “Pantsir-S” Hava Hücumundan Müdafiə Sistemləri həm aviasiya vasitələri, həm də sonradan kiçik dronları izləmək üçün təkmilləşdirilib:

“Bu sistemlər kiçik dronlar üçün də istifadə olunur. Bunların mərmiləri hədəfə çatana qədər, təxminən 20 metr radiusda partlayır və qəlpələr ön tərəfə sıçrayır. Bu da ona görədir ki, havada dron varsa  qaçmaq imkanı olmasın və həmin dron ətrafa yayılan qəlpələr vasitəsi ilə məhv edilsin. Ona görə də ruslar bu sistemlərdən bütün istiqamətlər üzrə geniş istifadə edirlər. “Pantsir-S”lə vurulma məsələsinə gəldikdə, təyyarənin ümumiyyətlə Qroznuya getdiyi vaxtda şəhər üzərində Ukrayna dronlarının olmasıyla bağlı məlumat var idi. Hətta havada bir neçə Ukrayna dronunun vurulduğunun sonradan videoları da yayımlandı. Azərbaycan təyyarəsi bir başa hava hücumundan müdafiə sistemi ilə vurulmayıb. Əgər atəş bir başa təyyarəyə açılsaydı, o zaman təyyarə göydə partlayar və qalıqları ələ gəlməzdi. Çünki mülkü təyyarələrin zirehi olmadığından partlayış dərhal baş verir. Ona görə də, bu təyyarənin nişan alınıb vurulması ağılabatan versiya deyil. Amma hər hansı PUA-nı vurarkən “Pnstsir-S”in mərmisindən çıxan qəlpələrin təyyarəyə dəymək ehtimalı var və bu ehtimal daha ağılabatandır.

Görünən odur ki, bu təyyarə zədələnib və bundan əlavə Ukrayna dronlarının ən çox hücum elədiyi şəhərlərdə radioelektron mübarizə vasitələrindən  (REM) istifadə olunur. Hətta bu qurğular o qədər  sıxlaşdırılıb ki, öz dronlarına belə ciddi problemlər yaradır. Təyyarənin radarlardan itməsinin  səbəblərindən biri də REM-ə məruz qalmasıdır. Bu zaman təyyarə radardan itib Rusiya ərazisində  enə bilməyib. Daha doğrusu, təyyarə Rusiyanın bir neçə şəhərinə enməyə cəhd göstərsə də ruslar buna imkan yaratmayıblar. Bu da o deməkdir ki, təyyarə məcburən Qazaxıstana uçub. Pilot hesab edib ki, Aktau hava limanına enə biləcək. Aktauda təyyarə iki dəfə yerə doğru hərəkət edir, qalxır. Bu, o deməkdir ki, təyyarə ciddi şəkildə zədələnib və onun idarə olunması qeyri mümkündür. Onu xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan pilottları ilə bağlı bəzən çox suallar verilir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın xüsusən pilotları dünyanın ən yaxşılarındandır və düşünürəm ki, o təyyarəni başqa ölkənin pilotu idarə etsəydi nəticə daha ağır olardı. Suallar verirlər ki, niyə suya eniş edilməyib. Su daha problemli olacaqdı. Orada hipotermiya məruz qalacaqdı. Böyük ehtimalla oradan heç kim sağ çıxa bilməyəcəkdi. Ona görə də kapitan ən doğru seçimi edib. Onların fəaliyyəti nəticəsində 30-dan çox adam sağ qalıb. Bir məsələni də qeyd edim ki, bundan sonra Azərbaycan aviaşirkətləri Ukrayna dronlarının hücum etdiyi Rusiya şəhərlərinə uçuşları dayandırmalıdır. Əslində, Rusiya tərəfinin də problemlərindən biri budur ki, onlar məsuliyyəti öz üzərlərinə götürməli və hava limanlarını bağlamalıydı.

Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Dekabr 2024 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri