Icma.az
close
up
RU
Şəxs bilə bilə yalan məlumat verərsə... Nə gözləyir?

Şəxs bilə bilə yalan məlumat verərsə... Nə gözləyir?

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Şəxsi maraqların müdafiəsi, özü və ya digər şəxslər üçün qanunsuz maddi və digər nemətlər, imtiyazlar və ya güzəştlər əldə etmək məqsədilə bilə-bilə yalan və ya böhtan xarakterli məlumat verilməsi korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat vermə hesab edilməyəcək.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsində əks olunub.
Layihəyə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatda fiziki şəxslərin, mülkiyyət növündən asılı olmayaraq hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan peşə, kommersiya, istintaq və məhkəmə sirləri, həmçinin şəxsi və ailə həyatına dair məlumatlar olduqda həmin məlumatın verilməsi onların qanunazidd açıqlanması hesab edilməyəcək.
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatda aşağıdakılar göstərilməlidir:
- məlumat verən şəxsin soyadı, adı, atasının adı və şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, iş yerinin (xidmət göstərdiyi yerin) adı və ünvanı;
- korrupsiya ilə əlaqədar hüquqpozmanın əlamətləri və faktiki halları;
- korrupsiya ilə əlaqədar hüquqpozmanı təşkil edən, törədən və ya törədilməsində iştirak edən şəxslər haqqında bu Qanunun 4.3.1-ci maddəsində nəzərdə tutulmuş məlumatlar (verilməsi mümkün olduqda);
- korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı əvvəllər məlumat verilib-verilməməsi (əgər məlumat verilmişdirsə, kimə verilməsi və nəticəsinə dair məlumatlar).
 

Layihəyə görə, verilən məlumat qanunda müəyyən edilmiş tələblərə uyğun olduqda, məlumatı qəbul edən səlahiyyətli subyekt həmin şəxsin korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxs kimi tanınması barədə qərar qəbul edəcək.


Qərarın surəti dərhal məlumat verən şəxsə poçt vasitəsilə və ya elektron formada göndəriləcək. Əgər korrupsiya ilə əlaqədar hüquqpozma barədə verilmiş məlumat əsasında cinayət işi başlanarsa, məlumat verən şəxs öz razılığı ilə şahid qismində dindirilə bilər.
Layihədə məlumatın sonradan doğru olmadığı müəyyənləşdiyi hallar üçün də xüsusi təminat nəzərdə tutulur.
Belə ki, şəxs məlumatı əhəmiyyətli yanılmanın təsiri altında veribsə, məlumat sonradan doğru olmadığı müəyyənləşsə belə, o, qanunla müəyyən edilən müdafiə tədbirlərindən istifadə edə biləcək.
Əhəmiyyətli yanılma dedikdə bir neçə hal nəzərdə tutulur. Şəxs məlumatın doğru və ya dəqiq olmadığını bilməyibsə və bunu bilməsi üçün obyektiv imkanı olmayıbsa, məlumatı qəsdən yalan və ya böhtan xarakterli formada verdiyi təsdiqlənməyibsə, yaxud korrupsiya ilə əlaqədar hüquqpozmanın əlamətlərini və faktiki hallarını tam və düzgün dərk etməyibsə, məlumatın əhəmiyyətli yanılmanın təsiri altında verildiyi hesab ediləcək.
Bundan başqa, təşkilat rəhbərinin üzərinə də müəyyən vəzifələr qoyulur.
 

Təşkilat rəhbəri korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumatların təşkilat daxilində verilməsi mexanizmini müəyyən etməli, bu məlumatları qəbul etmək səlahiyyətinə malik subyektləri təyin etməlidir.


Eyni zamanda, rəhbər işçilərin həmin subyektlərə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına müraciət etmə və müraciətlərə baxılma qaydaları, habelə məlumat verən şəxslərin hüquqları ilə tanış olmalarını təşkil etməlidir.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Oktyabr 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see321

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see289

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see288

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see286

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see276

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see260

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see253

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see241

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see239

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see235

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see235

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see232

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see217

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see216

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see216

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see214

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see211

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see207

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see193

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri