Icma.az
close
up
RU
Şəxsi istifadə üçün xaricdən mal gətirənlərlə bağlı yeni qayda

Şəxsi istifadə üçün xaricdən mal gətirənlərlə bağlı yeni qayda

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məlum olduğu kimi, xaricdən şəxsi istifadə üçün mal gətirənlərlə bağlı yeni qayda tətbiq olunacaq. Bu, Gömrük Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Bu, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə bağlı yaranacaq gömrük ödənişlərinin ödənilməsi ilə əlaqədardır. Layihəyə əsasən, hesablanmış gömrük ödənişləri borclu olan şəxs tərəfindən və ya bu, Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan (girov, bank qarantiyası, ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi, sığorta müqavilələri, üçüncü şəxsin zaminliyi, avans ödəmələr) istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödəniləcək.

Gömrük Məcəlləsinə edilən dəyişikliklərə əsasən, şəxsi istifadə üçün mal gətirən fiziki şəxslər gömrük borcunu ya birbaşa ödəməklə, ya da Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş alternativ təminat alətləri vasitəsilə yerinə yetirə bilərlər. Bu təminat formalarına girov, bank zəmanəti, gömrük orqanının depozit hesabına ödəniş, sığorta müqaviləsi, üçüncü şəxsin zaminliyi, avans ödənişi daxildir. Bu alətlər, əslində, ümumdünya gömrük hüququnda tanınan təminat mexanizmləridir və Avropa İttifaqının Gömrük Məcəlləsi, Ümumdünya Gömrük Təşkilatının Kioto Konvensiyası və digər beynəlxalq hüquqi sənədlərdə də geniş tətbiq olunur.

Vətəndaşların gömrük qərarlarından narazı qaldıqda istifadə edə biləcəyi müdafiə vasitələri inzibati və məhkəmə qaydasında tənzimlənir. İnzibati müstəvidə gömrük qərarından narazı qalan şəxs həmin qərarı yuxarı gömrük orqanında şikayət edə bilər. Məhkəmə müstəvisində isə həmin qərar inzibati məhkəməyə təqdim olunaraq hüquqi mübahisənin məhkəmə nəzarəti qaydasında baxılması ilə mümkündür.

Gömrük orqanlarının malları saxlaması halında fiziki şəxsin hüquqlarının qorunmasına gəlincə, ekspertlər hesab edir ki, fiziki şəxslərin hüquqları bir neçə əsas prinsip əsasında qorunmalıdır. Mülkiyyət toxunulmazlığı - Konstitusiya və AİHM-in 1 saylı Protokolu, mübahisəyə dair məlumatlandırma hüququ, təqsirsizlik prezumpsiyası və mütənasiblik prinsipi ilə qorunur. Müdaxilə yalnız hüquqi əsas olduqda və zəruri hallarda tətbiq oluna bilər. İkincisi, saxlanılan malların təhlükəsizliyi və geri qaytarılması ilə bağlı məsuliyyətdir. Gömrük orqanı saxlanılan mallara görə məsuliyyət daşıyır. Əgər malların saxlanması əsassız və ya prosedur qaydalarına zidd həyata keçirilibsə, fiziki şəxs kompensasiya tələbi ilə mülki iddia qaldıra bilər.

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, dəyişikliyin müsbət tərəflərindən biri də odur ki, yeni qaydalar gömrük öhdəliklərinin təmin olunmasında alternativ alətlərin tətbiqini mümkün edir və bu da vətəndaşlar üçün maliyyə çevikliyi yaradır: "Eyni zamanda, ödənişlərin üçüncü şəxslər tərəfindən həyata keçirilməsi hüquqi plüralizmə şərait yaradır və sosial dəstək sisteminin hüquqi təzahürü kimi çıxış edir. Bundan əlavə, gömrük idarələrinin fəaliyyətində risk əsaslı yanaşmanın tətbiqi sayəsində vətəndaşlara qarşı əsassız nəzarət və müdaxilələrin qarşısı alınır. Bu isə həm şəffaflığın artırılmasına, həm də vətəndaş məmnuniyyətinin yüksəlməsinə xidmət edir. Yeni dəyişikliklərin məqsədi fiziki şəxslərin gətirdiyi malların kommersiya məqsədilə istifadə edilməsinin qarşısını almaq, eyni zamanda gömrük orqanlarının hüquqi mexanizmlərini gücləndirməkdir. Hazırda şəxsi istifadə üçün mal gətirənlərə illik limitlər tətbiq olunsa da, bəzi hallarda bu limitlərdən kommersiya məqsədilə istifadə edildiyi iddia olunur. Yeni qaydalar bu cür halların qarşısını almağa yönəlib".

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, dəyişikliklərin əsas məqsədi ödənişlərdə şəffaflığı təmin etmək və vəsaitlərin hərəkətini izləməkdir: "Söhbət, təbii ki, Dövlət Gömrük Komitəsinə və dövlət büdcəsinə yönəlik ödənişlərdən gedir. Prinsipcə, vəsaitin hansı mənbədən ödənilməsinin fiskal baxımdan ciddi fərqi olmaya bilər. Lakin şəffaflıq və çirkli pulların yuyulmasına qarşı mübarizə baxımından bu ödənişlərin birbaşa məsul və ya öhdəlik daşıyan şəxs tərəfindən həyata keçirilməsi olduqca vacibdir".

Millət vəkili vurğulayıb ki, bu yanaşma Avropa İttifaqı da daxil olmaqla, bir sıra inkişaf etmiş ölkələrdə artıq tətbiq olunur: "Yeni sistem ödəniş prosesini daha izlənilə bilən edir, şəffaflığı artırır və çirkli pulların yuyulmasına qarşı mübarizədə effektiv alətə çevrilir. Vətəndaşlar üçün bu, sadəcə texniki yenilik deyil - həmçinin fiskal intizamın güclənməsi, dövlət gəlirlərinin şəffaf şəkildə idarə olunması və ümumilikdə daha sağlam maliyyə mühitinin formalaşması baxımından mühüm addımdır".

İqtisadçı-ekspert Asif İbrahimov deyir ki, qanuna təklif olunan dəyişiklik limitlər ödənilmədiyi halda yaranan məsuliyyət məsələlərini tənzimləməyi nəzərdə tutur: "Bu məsələ fiziki şəxslərin şəxsi istifadə üçün, yəni kommersiya məqsədilə gətirmədiyi mallara şamil olunur. Bildiyiniz kimi, daha əvvəl bu istiqamətdə müəyyən limitlər təyin olunmuşdu. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, həmin limit çərçivəsində mallar gömrük rüsumundan azad edilirdi. Hazırda isə qanuna təklif olunan dəyişiklik həmin limitlər ödənilmədiyi halda yaranan məsuliyyət məsələlərini tənzimləməyi nəzərdə tutur. Yəni bu halda fiziki şəxs zəmanət təqdim etməli, bank təminatı göstərməli və digər mexanizmlərlə öhdəliklərini təsdiqləməlidir. Bu yanaşma beynəlxalq təcrübəyə uyğunlaşdırılmış addım kimi qiymətləndirilə bilər və dünyanın bir çox ölkəsində tətbiq olunur".

Mütəxəssislərin fikrincə, təminat mexanizmlərinin tətbiqində maliyyə resursları olmayan şəxslər üçün bu dəyişikliklər əlçatanlıq problemini yarada bilər. Eyni zamanda prosedurların qeyri-müəyyənliyi və gömrük orqanlarına verilmiş geniş səlahiyyətlər sui-istifadə riskini artırır. Normativ mexanizmlərin tətbiqi zamanı insan hüquqlarının qorunmasına dair effektiv nəzarət mexanizmlərinin olmaması isə hüquqi ziddiyyətlərə səbəb ola bilər.

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 24 İyul 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri