Məşhur vulkan püskürdü
Icma.az bildirir, Gununsesi portalına istinadən.
Filippin Vulkanologiya və Seysmologiya İnstitutu ölkənin mərkəzi hissəsindəki Kanlaon vulkanının püskürdüyünü açıqlayıb.
Gununsesi.info xəbər verir ki, yerli vaxtla saat 20:06-da püskürmə başlayıb və 2-3 dəqiqə davam edib. Nəticədə hündürlüyü 2 kilometrə çatan kül buludu yaranıb.
Kanlaon vulkanının püskürməsi ilə əlaqədar 2-ci səviyyədə xəbərdarlıq elan edilib, 4 kilometr radiusda ərazi təhlükəli zona olaraq qiymətləndirilib.
Qeyd edək ki, Neqros adalarında yerləşən Kanlaon dağı Filippindəki 24 aktiv vulkandan biridir. Bundan əvvəl aprel ayında püskürmüşdü.
Baxış sayı:89
Bu xəbər 24 Oktyabr 2025 22:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















