Icma.az
close
up
RU
Azərbaycan və Qazaxıstanın aktiv qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır

Azərbaycan və Qazaxıstanın aktiv qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Astanada keçirilən Dövlətlərarası Ali Şuranın II iclasında Azərbaycan və Qazaxıstan prezidentlərinin çıxışları Türk dünyasının geosiyasi koordinasiyasının yeni mərhələsini ifadə edir. İlham Əliyev və Kasım-Jomart Tokayevin bəyanatlarında səslənən mesajlar regional siyasətdə artıq “qardaşlıq ritorikası”nın yerini rasional və praqmatik qarşılıqlı asılılıq modelinə verdiyini göstərir.

İlham Əliyev və Kasım-Jomart Tokayevin qarşılıqlı münasibətləri şəxsiyyətlər səviyyəsində etimad üzərində qurulub, amma bu etimad təkcə siyasi liderlər arasında deyil, dövlət institutları səviyyəsində koordinasiyaya çevrilir. Bunlar Türk Dövlətləri Təşkilatı çərçivəsində sistemli inteqrasiyanın ən vacib komponentidir.

Qazaxıstan liderinin İlham Əliyevi “tarixi miqyasda görkəmli dövlət xadimi” kimi təqdim etməsi Azərbaycanın liderlik potensialının regionda tanınması, həm də Türk dünyasında liderlik payının ədalətli bölüşdürülməsi prinsipinə əsaslanan strateji yanaşmanın göstəricisidir. Azərbaycan son illər siyasi dinamizmi, enerji təhlükəsizliyi sahəsində rolu və sülh diplomatiyasındakı təşəbbüsləri ilə faktiki olaraq Türk inteqrasiyasının siyasi lokomotivinə çevrilib.Dövlətlərarası inteqrasiya artıq mədəni yaxınlıq və dil birliyindən daha genişdir. Burada əsas məsələ ortaq maraqların strateji çevikliyə əsaslanan müdafiəsidir. Mərkəzi Asiya və Cənubi Qafqaz regionları bu baxımdan vahid geoiqtisadi sistem kimi formalaşmağa başlayır. Azərbaycan–Qazaxıstan oxu həm Şərq–Qərb marşrutunun dayağı, həm də Türk coğrafiyasının Qərb cinahında dayanıqlı sabitlik platformasıdır.

Astana görüşündə Orta Dəhliz anlayışı qlobal güc balansının dəyişən xəritəsində siyasi-enerji arteriyası kimi təqdim olundu. İlham Əliyev və Kasım-Jomart Tokayevin çıxışlarında layihənin vurğulanması geosiyasi təsir gücünün tranzitidir. Trans-Xəzər marşrutunda daşımaların 62 faiz artması və yaxın perspektivdə 10 milyon ton hədəfi, faktiki olaraq, Mərkəzi Asiya–Cənubi Qafqaz inteqrasiyasını Avrasiyanın əsas strateji xəttinə çevirir. Bütün bu amillər göstərir ki, Azərbaycan və Qazaxıstan enerji və logistika diplomatiyasını sinxronlaşdıraraq Avrasiya məkanında yeni iqtisadi cazibə mərkəzi formalaşdırırlar. Yəni Bakı–Astana oxu Avrasiyanın iqtisadi təhlükəsizlik mexanizminin mərkəzi sütunudur. Azərbaycan bu mənzərədə koordinasiya edən dövlət funksiyasını yerinə yetirir. Bakı həm enerji ixracı, həm də nəqliyyat əlaqələrinin inteqrasiyasında “dəhliz diplomatiyasının” əsas mərkəzinə çevrilib. Qazaxıstan isə Mərkəzi Asiyanın geostrateji dayağı kimi dəhlizin kontinental sabitliyini təmin edir.

Əgər əvvəllər Türk dünyasının beynəlxalq davranışı əsasən regional məsələlərlə məhdudlaşırdısa, indi bu yanaşma qlobal mövqeyin harmonizasiyasına çevrilib. İƏT çərçivəsində İslam dünyasının siyasi birliyi, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi daxilində isə Asiyanın təhlükəsizlik arxitekturası ilə bağlı məsələlərdə Bakı və Astana vahid diplomatik diskurs formalaşdırır.Beləliklə, vahid diplomatik mövqe konsepsiyası artıq real geosiyasi mexanizm halına gəlib. Türk dövlətləri bu mexanizm vasitəsilə qlobal çağırışlara kollektiv cavab verən, müstəqil dəyərlər və maraqlar üzərində qurulmuş yeni diplomatik məkan yaradırlar – bu da müasir çoxqütblü dünyanın mühüm sütunlarından birinə çevrilməkdədir.

Astanada səslənən bəyanatlar və qəbul edilən qərarlar göstərdi ki, XXI əsrin ikinci rübünə doğru post-Qərb beynəlxalq düzəni artıq yeni regional mərkəzlər üzərində qurulur. Mərkəzlərdən ən dinamik və institusional potensialı olanı isə Türk oxudur. Məhz bu səbəbdən Astana görüşü regional nizamın yeni siyasi arxitekturasının manifesti kimi qiymətləndirilir. Azərbaycan və Qazaxıstanın paralel siyasi kursu Türk Dövlətləri Təşkilatının gələcək strateji xəritəsini də müəyyənləşdirir. Türk dünyası artıq vahid maraq platforması üzərində birləşir. Orta Dəhliz kimi inteqrativ layihələr Türk oxunu Avrasiyanın enerji və nəqliyyat sinirlərinə çevirirsə, diplomatik koordinasiya mexanizmləri onu qlobal qərarvermə proseslərinin subyekti edir.

Ən mühüm siyasi nəticə isə budur: Türk dövlətləri artıq tarixə və qardaşlığa istinad edən simvolizmdən çıxaraq strateji qarşılıqlı asılılıq və inteqrasiya mərhələsinə daxil olub.

Gündüz Alıkişiyev

YAP Yərtər rayon təşkilatının məsləhətçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Oktyabr 2025 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see263

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see229

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see217

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see193

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see181

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see169

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see156

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see155

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see149

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri