Icma.az
close
up
RU
Rusiya neftinin qaçaqmalçıları arasında mübarizə kəskinləşir: Aralarında iki azərbaycanlı da var

Rusiya neftinin qaçaqmalçıları arasında mübarizə kəskinləşir: Aralarında iki azərbaycanlı da var

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Rusiya nefti ilə ticarət edən şirkətlər rəqiblərini aradan qaldırmaq üçün bir-birini yeni sanksiyalara məruz qoymaq üçün fəaliyyətə başlayıblar.

Bloomberg-in bununla bağlı hazırladığı materialda iki azərbaycanlıdan da bəhs olunur. Bildirilir ki, Rosneft neftinin mühüm hissəsini daşıyan əsas bazar oyunçuları "bir-birinin Rusiya ilə əlaqələrini diqqət mərkəzinə gətirməyə" çalışırlar. Söhbət neft ticarəti veteranı Murtaza Laxani və iki Azərbaycan tərəfdaşı Etibar Eyyub və Tahir Qarayevdən gedir. Rəqib treyderlər arasındakı mübarizə Dubay, Honkonq və Sinqapurdakı əməliyyatları, Vaşinqtondakı lobbiçiləri və Moskva mətbuatını əhatə edir.

Onların adları neft sənayesindən kənarda az tanınır, lakin Laxani, Eyyub və Qarayevə Vladimir Putin 2022-ci ilin fevral ayında Ukraynaya qarşı tammiqyaslı müharibəyə başladıqdan sonra Qərb sanksiyalarından yayınaraq yüz milyonlarla barel Rusiya nefti daşımaq tapşırılıb.

Həm Britaniya, həm də Kanada vətəndaşı olan 63 yaşlı Laxani “Mercantile & Maritime Group” şirkətinin sahibidir. Ukraynada mühairbə başlayandan sonra da onu Rusiyada keçirilən tədbirlərdə müntəzəm olaraq görmək, müsahibələrini Rusiya mətbuatında izləmək mümkündür. Vətəndaşı olduğu hər iki ölkənin Rusiyaya qarşı kəskin mövqedə olması Laxaninin bu fəaliyyətlərinin qarşısını almayıb.

Agentliyin məlumatına görə, Eyyub və Qarayevin tərəfdaşları Qərbin diqqətini onun fəaliyyətinə cəlb etmək və bununla da sanksiyaları daha da gücləndirmək üçün Laxaninin Rosneft ilə əlaqələri haqqında Rusiya qəzetlərində məqalələr dərc etməyə çalışıblar. Lakin onların özləri hakimiyyətin diqqətini rəqiblərinə cəlb etmək üçün hərkətə keçən Laxaninin oxşar taktikalarının hədəfinə çevriliblər: “Nəticədə, Avropa Birliyi və Böyük Britaniya tərəfindən 2024-cü ildən etibarən Azərbaycan şəbəkəsinə tətbiq edilən sanksiyalar Eyyub və Qarayevin fəaliyyətinə zərər vurub. Onların əməliyyat xərcləri artıb və Qərb bankları, sığorta şirkətləri və peşəkar xidmət şirkətləri hökumətin nəzarəti altına düşməmək üçün onlarla əməkdaşlıqdan əsasən yayınıblar.

Bu, şəbəkəni daha yüksək sığorta haqları ödəməyə, daha uzun və daha az şəffaf göndərmə marşrutlarına razılaşmağa və neft qiymətini aşağı salmağa məcbur edib, çünki brokerlər, neftayırma zavodları, saxlama operatorları və limanlar ya onlarla ticarət etməkdən tamamilə imtina ediblər, ya da özlərini qorumaq üçün xərcləri artırıblar.

Nəticə etibarilə, Azərbaycan treyderləri, Rosneft və Rusiyanın özü Laxani ilə münaqişədən milyardlarla dollar itirdi. Laxaninin şəbəkəsinin böyük hissəsi hələ sanksiyalardan kənardadır, ona görə də Eyyub və Qarayev bu yaxınlarda ona qarşı güclü bir kampaniya hazırlayırlar”.

Bloomberg qeyd edir ki, bu mübahisələr Rusiyanın sanksiyalardan yayınma sisteminin əslində nə qədər kövrək olduğunu göstərir. Kreml neftin daşınması üçün bir neçə qeyri-şəffaf vasitəçidən asılıdır. Bu vasitəçilər mübahisə etməyə başlayanda milyardlarla ixrac gəlirini təhlükəyə atır və Moskvanın bu dəniz şəbəkələri üzərində nə qədər az nəzarətə malik olduğunu ortaya qoyur.

Qeyd edək ki, bu ilin mayında Baş nazir Kir Starmerin Rusiyanın “kölgə donanması”na qarşı Böyük Britaniyanın “ən böyük sanksiya paketi” adlandırdığı tədbir çərçivəsində Böyük Britaniya Azərbaycandan olan beş treyderi - Etibar Eyyub, Tahir Qarayev, Əhməd Kərimov, Anar Mədətli və Tələt Səfərovu sanksiya siyahısına salıb.\\Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Oktyabr 2025 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2017

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see232

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see195

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see167

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see143

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see137

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see126

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see126

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see126

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see123

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see123

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri