Şəxsin ifadə verməkdən imtina etmək hüququ varmı?
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Cinayət hadisəsini araşdırarkən polis hadisə haqqında məlumatı olan şəxsləri şahid kimi ifadə verməyə çağırır.
Bu zaman hər kəs çağırışa əməl etməli və bildiklərini deməlidir. Amma elə hallar var ki, insan ifadə verməkdən imtina edə bilər.
Şahid hansı halda ifadə verməkdən imtina edə bilər?
Bu barədə “Cebheinfo.az”-a danışan vəkil Vamiq Şükürov bildirib ki, hüquq-mühafizə orqanları (polis, prokurorluq və digər) tərəfindən cinayət işinin araşdırılması üçün hər hansı bir şəxs şahid qismində çağırıldıqda, bu çağırışa tabe olub şahid qismində ifadə verməlidir:
“Əgər ifadə verməkdən imtina edirsə, o zaman bu cinayət sayılır. Lakin qanun bir sıra hallarda şəxslərin ifadə verib-verməməsini onların ixtiyarına buraxıb. Belə ki, şəxs özü, arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumlarına qarşı ifadə verməkdən imtina etdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Çünki qanunla bu halda şahidin yaxın qohumları ilə münasibətlərinin pozulmasını yolverilməz hesab edilir”.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 13 Noyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















