Icma.az
close
up
RU
Səyahətə çıxanların nəzərinə Biletlər bu aylarda ucuz olur

Səyahətə çıxanların nəzərinə Biletlər bu aylarda ucuz olur

Icma.az, Metbuat saytına istinadən bildirir.

Yay mövsümünün yaxınlaşması ilə insanların xarici ölkələrə səyahət arzusu da artmağa başlayır. Bu dövrdə isə sərfəli aviabiletlər tapmaq həm yaddaqalan bir istirahət keçirməyə, həm də büdcəni səmərəli şəkildə idarə etməyə imkan yaradır.

Bəs aviabiletlərin ən ucuz olduğu aylar hansıdır?

Turizm eksperti Rəhamn Quliyev Metbuat.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycan hüdudlarından kənara uçan təyyarələrin böyük əksəriyyəti tələbat olan istiqamətlərə gedir. Bu tələbat mövsümə görə dəyişir:

“Məsələn, Antalya istiqamətinə yay mövsümündə gün ərzində 2-3 reys fəaliyyət göstərir, qış dövründə isə həftədə bir neçə dəfə uçuş həyata keçirilir, çünki qışda tələbat azalır. İstanbul istiqamətində tələbat dəyişməz olaraq qalır. Yəni, gündəlik 8-10 reys həm Azərbaycan Hava Yolları, həm Türk Hava Yolları, həm də “Pegasus” Hava Yolları tərəfindən həyata keçirilir. Moskva istiqamətində də, xüsusən orada yaşayan çoxsaylı həmvətənlərimizin Bakıya gəlib-getməsini təmin etmək məqsədilə reyslər fəaliyyət göstərir. Eyni zamanda Gürcüstan, Tbilisi istiqamətində uçuşlar çoxluq təşkil edir. Ümumiyyətlə, quru sərhədlərin bağlı olması təyyarələrə olan tələbatı artırır”.

Ekspert qeyd edib ki, yay dövründə qiymətlər nisbətən baha olur:

“Çünki yay tətili zamanı bütün sektorlar yay tətilinə çıxır və hər kəs öz səyahət planını daha öncədən hazırlayır. Bilet qiymətlərinin uyğun olması üçün bir neçə ay əvvəl, azı üç ay öncədən alınmasını tövsiyə edirəm. Çünki mövsümün tam ortasında tələbat səbəbindən bahaşma olur. Xüsusilə yay dövründə Antalya, Bodrum, Kuşadası, İzmir, İstanbul və Avropanın kurort şəhərlərinə – Praqa, Karlovı Vari və digər tələbat olan istiqamətlərə qiymətlər daha yüksək olur. Sentyabr, oktyabr, noyabrda - pik sezon olmayan bir vaxtda kampaniyaların olma ehtimalı daha çoxdur. Fevral və aprel aylarında da qiymətlərin aşağı düşməsi ehtimalı var. Martda isə bayramlar olduğu üçün pik sezon hesab olunur”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 10 Aprel 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri