Icma.az
close
up
RU
Seyidcahana hicab tikəndə

Seyidcahana hicab tikəndə

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Çox sevdiyim bir deyim var: “Elçisi gülüm olanın, başına külüm olar”. Bir çox vəziyyətdə, qəribə hadisələr baş verəndə ortaya çıxıb “elçilik” iddiasında olan adamların kimliyindən prosesin haradan gəldiyi və hara gedəcəyi çox aydın şəkildə bəlli olur. Ya da görürsən hadisələrin qızğın bir anında biri qəfil tullanıb düşdü ortaya, başladı olan-olmayan ağlı ilə, öz aləmində hansısa tərəfə dəstək verməyə. Baxırsan ki, bu adam elə bizim məsəldəki “gülüm”ün yekəsidir, ömrü boyu hansı işə “elçilik” edibsə, kül səpilib o işdəkilərin başına.

Yaşadığımız günlərdə sağda-soldan xeyli “gülüm” rotaya çıxır. Bu  “gülüm”lərdən biri də, “el”in heç zaman “za” demədiyi, bu günə qədər nə seyidliyindən, nə cahanlığından bir qara qəpik xeyir görmədiyimiz Elza Seyidcahan deyilən məxluqatdır. Burada günlərdir ki, biz nazirlər kabinetinin qərarını ən sadə dildə, min yolla, min bir məsəllə izah etməyə, xalqa çatdırmağa çalışırıq. Deyirik ki, o qərarda “hicab” haqda heç nə yoxdur. İzah edirik ki, söhbət məktəblilərin vahid geyimdə dərsə gəlməyindən gedir. Deyirik ki, bu qərar hicabla məktəbə gələnlərdən daha çox, vulqar geyimlərdə, rəngli saçlarla, al-əlvan, qısa geyimlərlə məktəb kimi müqəddəs bir yerə gələnlərə qarşıdır. İzah edirik ki, bura məktəbdir, biz dünyəvi dövlətik, uşağın da elə müəllimin də dərs prosesi zamanı hər hansı dünyəvilik prinsiplərinə zidd olan geyimlərdə olması yolverilməzdir.

Biz belə deyirik, bu tərəfdən də bu ömrü boyu tovuz quşu kimi geyinib diqqət çəkməyə çalışan, dəvəquşu kimi atlana-atlana gəzən məxluq hicaba bürünüb kamera qarşısına keçir. Öz aləmində və öz ağlı ilə mesaj verir. Deyən lazım ki, ay insan, sənin bu ölkədə ən yuxarı hərəkətin heyvanlara konsert verməyin olub, ondan da ki, hələ bilmək olmaz heyvanlar razı qalıb ya yox? Sən hansı üzlə, nə zamandan ictimai proseslərdə fəal iştirak edən, nədən narazı olduqlarını dəqiq bilməyən, sözdə narazı kütləyə “yanınızdayam” mesajı verən olmusan? Dünənə, lap elə bu günə qədər efirlərdən şit-şit, bayağı “şeir”lərini oxuyub, adamın təklikdə belə tələffüz etməyə utandığı sözləri bir yerə yığıb şeir adına millətə sırımağa çalışıb gündəmdə qalmaq istəyən sən deyildinmi? Üzünü ekrandan xalqa tutub “...tikim sizin ağzınızı” , “vurun məni mismarlara...”,  “soyun məni, soyunum töküm...” deyən adam nə zamandan dini dəyərlərin təbliğatçısına çevrildi? Bu çevrilmənin necə baş verdiyinin cavabını tapmaq üçün “seyyidə xanımın” yaradıcılığına müraciət edək bəlkə?

Məsələn, “Acından quruldayır qarnım, neçə gündür ac qalmışam” deyən bu “cahanşümal şairə”ni hicab taxıb alovlu çıxışlar eləməyə bəlkə elə bu “aclıq” vadar edir? Yox, ultraqısa, vulqar geyimlərdə gedib oxuduğu toylardan, satdığı bəstələrdən  necə olsa yeməyi çıxır. Bu başqa aclıqdır. Gündəmdə qalma aclığı, reytinq aclığı, müzakirə olunma aclığı. Yəqin çoxdandır ki, “yaradıcılıqdan uzaq düşüb” deyə, “təzə şeir” yazıb lağlağı obyekti olmağın aclığını çəkir binəva.

Başqa bir “şeir”ində:

“Küçədən gəlib

Küçəyə gedən

Milçəyə bax...” deyən “böyük şairə” milçək sevgisindən milçəyə dönüb ürək bulandırmaq eşqinə düşmüş olmasın? Demək ki, zaman-zaman edə biləcəklərinin anonsunu verirmiş öz “yaradıcılığı” vasitəsi ilə.

Bu xalq kimin kim olduğunu yaxşı bilir. Ömrü boyu xalqın gözündə lağlağı etalonu olmuş adam, el dilində desək “qurandan don geyinə” nə xeyri var? Sular durulduqca hər şey daha yaxşı görünəcək, üzə çıxacaq. Hələliksə bir az bulanıqdır sular. Bulanıq suda balıq tutmaq həvəsi isə, ta qədimdən bu günə kimi həmişə olub. 

Hər hansı bir insanın real proseslər fonunda nə isə edib gündəmdə qalmaq, məşhur olmaq istəyini haradasa başa düşmək olar. Bəs belələrindən istifadə edənlər, elzalardan imdad umanlara nə deyəsən? Həmişə min illik ideologiyaları ilə öyünən, fitnə toxumu səpməkdə min yol bilən yan qonşumuz o qədərmi pis vəziyyətə düşüb ki, ümid elzalara qalıb? Nə oldu, sizə belə?

Bu tərəfdən də, Elzanın kişi variantı olan “əmioğlusu”, Seyid Taleh Boradigahı başlayıb. Çörəyi ağlamaqdan, xurafatdan çıxan bu adam indi də yol göstərən olub. Gah video çəkib müraciət edir, gah da tələm, tələsik mahnı yazıb ortaya çıxarır. Etdiyi müraciətdə də ən azı 10 dəfə “uşaq” sözünü işlədir. “Öz əli ilə, öz imkanı hesabına özünü biabır eləmək” bu olsun gərək. Adama deyən lazım, ay məxluq, sən necə hicab sözü ilə uşaq sözünü eyni cümlədə işlədirsən? Uşaqdırsa, hicab niyə, hicab varsa uşaq niyə? Ya uşağın nə olduğunu anlamırsan, ya da hicabın. Çox güman ki, elə ikisinin də.

Adam istəyir desin ki, tərəfinizə baxın, görün kimlərin ümidinə qalmısınız. Dünənə qədər Elza hicab bağlasa, çadraya bürünsə ayağa qalxardınız, etiraz edərdiniz ki, belə bir adamın hicab bağlaması hicabı gözdən salır. Doğru da edərdiniz. Çünki bütün ömrünü “ninay-ninay”la keçirən, “burnum axır, fürsət baxır, köhnə çaxır” sözlərindən “şeir” düəzltdiyini iddia edən, heç bir dəyər tanımayan, qısacası, ağzının danışığına, dilinin sözünə yiyəlik edə bilməyən adamların dini və ya qeydi-dini dəyərlərə əl uzatması doğru deyil. Evinizdə, ocağınızda belə insanların olmasını, xeyir-şərinizə belə hörmətsiz insanların gəlməsini istəməməkdə haqlısınız. Biz dünən də, bu gündə belə düşünürük. Amma siz bu gün niyəsə o fikirdə deyilsiniz. Tirajlayırsınız, paylaşırsınız, mədət umursunuz belə varlıqlardan. Bax elə buna görə başda dediyimi bir daha deyirəm. Etməyin, eləməyin belə. Unutmayın, “elçisi gülüm olanın başına külüm olar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Oktyabr 2026 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1064

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see378

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see377

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see342

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see240

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see235

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see220

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see218

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see204

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see199

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see197

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see195

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see188

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see187

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see179

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see177

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see172

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see171

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see168

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri