Icma.az
close
up
RU
Seysmik texnologiyalardakı yeniliklərə həsr olunmuş texniki seminar keçirilib

Seysmik texnologiyalardakı yeniliklərə həsr olunmuş texniki seminar keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 16 oktyabr, AZƏRTAC

bp Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və SOCAR ilə əməkdaşlıq çərçivəsində 29–30 sentyabr tarixlərində yüksək performanslı hesablama (HPC), hövzənin tədqiqi innovasiyaları, seysmik emal və məlumatların toplanması sahəsində irəliləyişlərə həsr olunmuş iki günlük texniki seminar keçirib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, seminar bp, İqtisadiyyat Nazirliyi, SOCAR və Xəzər İnnovasiya Mərkəzinin mütəxəssislərini bir araya gətirərək bilik və təcrübə mübadiləsi aparmaq, gələcək əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyıb.

Seminarda aşağıdakı əsas mövzular müzakirə olunub:

- Azərbaycanın HPC sahəsində imkanları: İqtisadiyyat Nazirliyinin nümayəndələri ölkədə yeni yaradılmış superkompüter imkanını təqdim edərək, onun enerji sektorunda innovasiyaların sürətləndirilməsinə töhfə verə biləcək potensialını vurğulayıblar. Belə bir imkanın yaradılması Azərbaycanın öz rəqəmsal transformasiyasını dəstəkləmək üçün güclü HPC infrastrukturu qurmaq öhdəliyini əks etdirir.

- bp-nin qlobal HPC təcrübəsi: bp mütəxəssisləri şirkətin Hyustonda yerləşən HPC mərkəzinin fəaliyyəti barədə məlumat veriblər. Bu mərkəz bp-nin texniki innovasiyalarını irəli aparmaqla yanaşı, lay simulyasiyası, rəqəmsal süxurlar, data elmi, seysmik görüntüləmə və hövzə modelləşdirilməsi sahələrində imkanlarını genişləndirir.

- Azərbaycanda seysmik məlumatların toplanması və emalı: SOCAR nümayəndələri seysmik məlumatların toplanması və emalı sahəsində gələcək planları təqdim edərək bu texnologiyaların region üçün strateji əhəmiyyətini vurğulayıblar.

- Əməkdaşlıq layihələri: bp texniki imkanların artırılması və innovasiyaların sürətləndirilməsi məqsədilə həyata keçirilən mövcud və planlaşdırılan əməkdaşlıq təşəbbüslərini təqdim edib.

- Seysmik texnologiyalarda süni intellektin tətbiqi: Xəzər İnnovasiya Mərkəzi SOCAR-ın seysmik süni intellekt tətbiqləri sahəsində son nailiyyətlərini göstərərək süni intellektin lay görüntüləməsinə yeniliklər gətirdiyini və qərarların verilməsini sürətləndirdiyini nümayiş etdirib.

Seminar sənaye ilə hökumət arasında davamlı əməkdaşlığın vacibliyini bir daha vurğulamaqla yanaşı, sağlam rəqabətin olmasının da regionun texnoloji irəliləyişində və Azərbaycanın qabaqcıl enerji texnologiyaları sahəsində regional lider mövqeyinin gücləndirilməsində əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri