Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

“Şeytanın vəkili” vitse spiker oldu

“Şeytanın vəkili” vitse spiker oldu

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Aram Vardevanyan Paşinyan komandasına qarşı ola bilərmi?

Ermənistan siyasətində bəzən vəzifəyə kimin seçilməsindən daha maraqlısı onun necə seçilməsidir. Aram Vardevanyanın Ermənistan parlamentinin üçüncü vitse- spikeri seçilməsi məhz belə hadisələrdəndir. Çünki söhbət sıradan bir deputatdan getmir. Vardevanyan uzun müddət Robert Köçəryanın vəkili kimi tanınıb, xüsusilə 2008-ci ilin mart hadisələri ilə bağlı məhkəmə prosesində Köçəryanı müdafiə edib. Buna görə də erməni siyasi mediasında ona “şeytanın vəkili” kimi ironik ləqəb də verilib. İndi isə həmin hüquqşünas Ermənistan parlamentinin rəhbərliyində yer alır. İlk baxışda bu, kifayət qədər paradoksal görünür. Amma...

Ermənistan Konstitusiyasına görə, parlamentin üç vitse-spikerindən biri müxalifət fraksiyalarının nümayəndəsi olmalıdır. Yəni Vardevanyanın bu vəzifəyə gəlməsi hüquqi baxımdan gözlənilən prosedur idi. Problem başqa yerdədir: müxalifətin öz namizədini seçməyə səsi çatmır.

Hazırda Ermənistan parlamentində 105 deputat var və vitse-spiker seçilməsi üçün ən azı 53 səs tələb olunur. “Güclü Ermənistan”ın 29, “Ermənistan” blokunun isə 12 deputatı var. Birlikdə 41 səs edir. Deməli, müxalifətin öz namizədini bu posta keçirməsi üçün daha 12 səsə ehtiyacı var idi. Həmin 12 səs isə yalnız hakim “Mülki müqavilə”nin deputatlarından gələ bilərdi və gəldi. Nəticədə Aram Vardevanyanın namizədliyini 53 deputat dəstəklədi, əleyhinə səs verən olmadı.

Bu detal Ermənistan siyasətindəki bugünkü münasibətləri anlamaq baxımından kifayət qədər əhəmiyyətlidir. Çünki hakimiyyət və müxalifət bir tərəfdən bir-birinə qarşı sərt siyasi ritorika işlədir, digər tərəfdən isə parlament mexanizmi onları müəyyən məsələlərdə əməkdaşlığa məcbur edir. Konstitusiyanın tələbi müxalifətə vitse-spiker postunu verir, parlamentdəki səs bölgüsü isə həmin postun sahibinin seçilməsi üçün hakimiyyətin dəstəyini zəruri edir. Yəni siyasi qarşıdurmanın içində institusional əməkdaşlıq məcburiyyəti yaranır.

Vardevanyanın özü isə hakim “Mülki müqavilə” ilə münasibətlər məsələsində heç də yumşaq mövqe sərgiləmir. O, iqtidar nümayəndələri ilə əməkdaşlığı özünə çətin təsəvvür etdiyini deyib. Bu baxımdan ortaya maraqlı sual çıxır: əgər Vardevanyan hakimiyyətlə əməkdaşlığı mümkünsüz görürsə, onu vitse-spiker seçən hakim deputatlarla münasibətlər necə qurulacaq?

Əslində, burada cavabın bir hissəsi vəzifənin özündə gizlənir. Vitse-spiker postu təkcə siyasi status deyil, həm də parlament diplomatiyası üçün platformadır. Vardevanyan özü də bu vəzifənin siyasi məhbuslar, insan hüquqları və digər həssas məsələlər baxımından əhəmiyyətini vurğulayıb. Deməli, onun qarşısında həm müxalifətin mövqeyini müdafiə etmək, həm də parlament rəhbərliyində institusional rolunu yerinə yetirmək kimi iki paralel vəzifə dayanır.

Burada Vardevanyanın siyasi baxışının əsas xətti görünür: o, hüquqi mübarizənin hüdudlarını parlament müstəvisinə keçirmək istəyir. Başqa sözlə, dünən məhkəmə zalında vəkil kimi müdafiə etdiyi mövqeləri bu gün siyasətçi kimi parlamentdə gündəmə gətirməyə çalışacaq. Onun son açıqlamalarından biri də Narek Karapetyanın işi ilə bağlıdır. “Güclü Ermənistan” partiyasının şura üzvü Narek Karapetyan barəsində cinayət təqibinə başlanmasına razılıq verilməsi məsələsinin Mərkəzi Seçki Komissiyasında müzakirəyə çıxarılmasını Vardevanyan siyasi təqib kimi qiymətləndirib.

Burada da onun siyasi xətti aydın görünür. Vardevanyan hesab edir ki, Karapetyan artıq deputat statusu əldə etdiyi halda, onun barəsində cinayət təqibinə başlanmasına razılıq məsələsinin MSK-da müzakirə edilməsi presedentsiz haldır. O, 2021-ci ildə İşxan Zakaryanla bağlı oxşar hadisəni xatırladaraq, həmin vaxt MSK-nın prokurorluğun vəsatətini geri qaytardığını deyib. Narek Karapetyan məsələsində isə vəsatət geri qaytarıldıqdan sonra yenidən təqdim olunub və MSK məsələyə yenidən baxmağa başlayıb.

Vardevanyan bu dəyişiklikdə siyasi motiv görür və bunu Karapetyanın parlament fəaliyyətinə müdaxilə cəhdi hesab edir. Təbii ki, bu, onun siyasi qiymətləndirməsidir və məsələnin digər tərəfi hakimiyyətin mövqeyidir. Lakin məhz belə açıqlamalar Vardevanyanın parlamentdə hansı mövzuların üzərində dayanacağından xəbər verir.

Beləliklə, Aram Vardevanyanın vitse-spiker seçilməsi təkcə parlamentdə bir vəzifə boşluğunun doldurulması deyil, Ermənistan siyasi sisteminin hazırkı ziddiyyətlərinin kiçik bir modelidir. Müxalifət hakimiyyəti tənqid edir, hakimiyyət isə həmin müxalifətin nümayəndəsinin parlament rəhbərliyinə gəlməsi üçün səs verir.

Müxalifət özünü hakimiyyətdən tamamilə ayrı siyasi qüvvə kimi təqdim edir, amma parlamentdə müəyyən institusional postlara sahib olmaq üçün yenə hakim çoxluğun dəstəyinə ehtiyac duyur. Buna görə də indi ən maraqlı sual Vardevanyanın vitse-spiker seçilib-seçilməməsi deyil. O sual artıq cavabını tapıb. Əsl sual budur: hakimiyyətin səsləri ilə seçilən “şeytanın vəkili” parlamentdə hakimiyyətə qarşı nə qədər sərt müxalifətçi ola biləcək? Bu sualın cavabı Aram Vardevanyanın vitse-spiker kimi ilk addımlarından sonra aydın görünəcək.

Tofiq ABBASOV,
siyasi şərhçi

Ermənistanın siyasi səhnəsində hazırda kifayət qədər fəal yerdəyişmələr, manipulyasiyalar və müxtəlif siyasi spekulyasiyalar müşahidə olunur. Bu, müəyyən mənada, təbii prosesdir. Çünki seçkidən sonrakı dövrdə siyasi qüvvələr arasında bəzi yerdəyişmələr baş verir, ardınca isə siyasi alver və müxtəlif razılaşmalar mərhələsi başlayır. Çox güman ki, Aram Vardevanyan yaxın zamanlarda Qarabağ kartını yenidən siyasi gündəmə gətirməyə çalışacaq. Çünki o, müxalifətin nümayəndəsidir.

Aydın məsələdir ki, Nikol Paşinyan və onun ətrafı Qarabağ məsələsindən uzaqlaşaraq bildirirlər ki, bu məsələ artıq başa çatıb. Amma digər tərəfdən, revanşist qüvvələr, radikallar əvvəlkitək Qarabağ məsələsindən yapışıb, onu yenidən aktivləşdirməyə çalışacaqlar. Vardevanyanın vitse-spiker seçilməsinə gəldikdə isə, burada, əlbəttə, Nikol Paşinyan müəyyən kompromisə hazır olduğunu nümayiş etdirib. Çünki əgər onun partiyasından olan deputatlar müxalifətin namizədinə səs verməsəydilər, onun seçilməsi mümkün olmazdı. Yəni demək olar ki, Paşinyan müəyyən mənada siyasi jest edib, hətta alicənablıq nümayiş etdirib.

Bu, eyni zamanda, Ermənistan daxilində siyasi münasibətlərin nisbətən yumşalmasına doğru atılan addım kimi də qiymətləndirilə bilər. Çünki daxildə siyasi çəkişmələr davam edir və müxtəlif müxalifət bloklarının öz təklifləri, tələbləri və təzyiq imkanları var. Onlar cəmiyyət arasında fəal təbliğat aparırlar. Onlar iddia edirlər ki, Ermənistanın siyasi rəhbərliyi Azərbaycanın qarşısında aciz görünür və guya təslimçilik siyasəti həyata keçirir. Deyirlər ki, biz hakimiyyətə gəlsəydik, buna heç vaxt yol verməzdik, hətta Qarabağ ərazisini də geri qaytarardıq.

İnsanlar nə zaman daha çox yalan danışırlar? Seçkiqabağı dövrdə, ova gedəndə və ovdan qayıdanda. Müxalifət də seçki prosesində, demək olar ki, bütün hallarda müəyyən mənada reallığı təhrif edir. Onlar çalışırlar ki, milli məsələləri yenidən siyasi eyforiyaya çevirsinlər, cəmiyyətə təlqin etsinlər ki, guya müharibə bitməyib, proses davam edir, Ermənistan məğlub olmayıb və gələcəkdə qələbə qazanmaq mümkündür. Bununla da seçiciyə mesaj verirlər ki, bütün ümidlərinizi bizə bağlamalısınız.

Hesab edirəm ki, Nikol Paşinyan müxalifətin bu iddialarını eşidir və onları müəyyən süzgəcdən keçirir. O başa düşür ki, revanşist qüvvələrə geniş siyasi meydan vermək olmaz. Amma bununla yanaşı, bəzi məqamlarda kompromisə getmək, siyasi jestlər etmək də mümkündür. Vardevanyanın vitse-spiker seçilməsi məhz bu qəbildən olan addım kimi qiymətləndirilə bilər.

Burada çox şey Nikol Paşinyanın özündən asılıdır. Əgər o, sülh istiqamətində atdığı addımlardan geri çəkilməsə, yalnız sülhə doğru hərəkət etsə və bu kursu ardıcıl şəkildə davam etdirsə, o zaman Ermənistan-Azərbaycan münasibətlərində yeni mərhələnin formalaşması üçün real imkanlar yarana bilər.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Avqust 2026 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri