Icma.az
close
up
RU
Şeyx Əbdüldən şok ittiham: “Öncə satdılar, sonra partlatdılar”

Şeyx Əbdüldən şok ittiham: “Öncə satdılar, sonra partlatdılar”

Icma.az, Pravda.az saytına istinadən bildirir.

Məlum olduğu kimi, iyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsi baş verib. Baş verən partlayışla bağlı artıq cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, toplanmış material üzrə Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi digər ağır nəticələrə səbəb olduqda) və 224-cü (partlayıcı, tez alışan maddələrin və ya pirotexniki məmulatın uçotu, saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə edilib.

Xatırladaq ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası - Azərbaycan Dövlət Kinostudiyası. Kinostudiya 1920-ci ildə “Azərbaycan XMK-nın İncəsənət Şöbəsi” adı altında təsis olunub. Qurum indiki dövrdə Azərbaycan Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərir. Kinostudiyanın hazırkı direktoru Azər Quliyevdir. O, bu vəzifəyə 2024-cü ildən təyin olunub. Kinostudiya ilə bağlı müəyyən iddialar, müəmmalar var ki, bir neçə ildir davam edir. Belə ki, son bir neçə ildir ki, təyin olunan direktorlar az keçməmiş bu postdan ya imtina edir, ya da işdən çıxarılırlar.

Yada salaq ki, “Azərbaycanfilm”in əvvəlki direktoru, rejissor Cəmil Quliyev 2019-cu ilin sonlarında vəzifəyə təyin olunsa da, bir il tamam olmamış istefa vermişdi. Sonra kinostudiyaya Fariz Əhmədov direktor gətirildi. O da çox qısa müddətdən sonra rəhbərlikdən ayrıldı. Ovaxtkı mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə “Azərbaycanfilm”ə rəhbər “Salnamə”nin direktoru Nazim Hüseynov təyin edilmişdi. Lakin ötən ilin iyun ayında gözlənilmədən Nazim Hüseynov və onun müavini Aydın Hüseynov  öz ərizələri ilə istefa vermişdilər.

Zaman-zaman kino xadimləri kimlərinsə kinostudiyanın bərbad hala salınması, talan edilməsi haqda öz narazılıqlarını bildiriblər.

Xalq artisti Afaq Bəşirqızı bununla bağlı “Yeni Müsavat”a açıqlamasında demişdi: “Kinostudiyanın bu cür hala salınması da məsələyə təsir edir. Bir faktı xatırladım, "Dəli Kür" filmində Leyla Bədirbəylinin boynundakı zinət əşyalarının hamısı  həqiqi qızıl və brilyant idi. Hanı bəs onlar? Elə bir mebellər var idi ki, hanı onlar? Bir dəfə Müşfiq Hətəmov mənə dedi ki, Afaq xanım, xəbərin var, “Cavad xan” filmi çəkiləndə bir dənə də olsun at yəhəri tapa bilmirdik. Soruşdum ki, bəs onlar hanı? Dedi ki, ya bulvardakı atların üstündədir, ya da digər yerlərdə. Yəni hamısını satıblar. Bu cür özbaşınalığı, tabesizliyi sözlə ifadə etmək mümkün deyil. Təkcə dövlətin malını deyil, həm də bu yaradıcılığı, kinonu dağıdıb, məhv ediblər. Hələ də anlaya bilmirəm ki, o boyda kinostudiyanı necə bu hala qoymaq olar..."

Bəs indi nə baş verir? Necə olur ki, illərdir film çəkilməyən kinostudiyada birdən-birə partlayış baş verir?

Kinorejissor və aktyor Şeyx Əbdül Mahmudov “Yeni Müsavat”a bildirib ki, kinostudiyanın tarixində belə bir hadisə heç vaxt baş verməmişdi: “Mən 60 ildir ki, kinostudiyada fəaliyyət göstərirəm, orada nəfəs alan, ömrünü kinoya həsr edən biriyəm. Amma bu cür hadisə ilk dəfədir baş verir. Bəli, hansısa çəkiliş meydançalarında bəzi hadisələr baş verir, bu da dünya kinosuna xas olan təbii hallardır - ölüm də olur, qəza da. Amma kinostudiyanın cəbbəxanasının bu vəziyyətə düşməsi məni sözün əsl mənasında yandırıb-yaxır.

Zamanında mərhum Adil İskəndərov həmin ərazini almışdı. Allah rəhmət eləsin Ulu öndər Heydər Əliyevə - o da bu ərazini bir neçə nazirlikdən alaraq kinostudiyaya vermişdi. O vaxtlar çox zəhmət çəkildi, çəpərlər çəkildi, bağ salındı, dekorasiya sahələri, pavilyonlar, cəbhəxanalar tikildi, mükəmməl şərait yaradıldı. Biz orada illərlə filmlər çəkdik, kino sənətini yaşatdıq.

Lakin sonradan kimlərsə gəldi və bu gözəl kinostudiyanı dağıtdı, satdı, taladı, soydu və rahat şəkildə çıxdı, getdi. Sonuncu qalan bircə cəbbəxana idi, onu da partlatdılar.

Bəs sual edirəm: niyə bu hadisəni törədənlər hələ də cəzasız şəkildə aramızda gəzir? Ən acınacaqlısı isə odur ki, görünür, kimlərinsə adına və dəstəyinə sığınıb qorunurlar. Mən ümid edirəm ki, bu hadisə ilə bağlı konkret insanlar ittiham ediləcək, məsuliyyətə cəlb olunacaq və bu faciəyə görə cavab verəcəklər.

Amma bir tərəfdən də içimdə ümid var. Deyirlər ki, hər ziyanın bir xeyri olur. Düşünürəm, bəlkə bu partlayışın səsi yuxarılara qədər gedib çatdı. Bəlkə nəhayət, kinostudiyamızın bərpası, təmiri üçün ciddi addımlar atıldı. Ümidlə yaşayıram".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://pravda.az
archiveBu xəbər 01 İyul 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi

29 İyun 2025 22:40see168

Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib

30 İyun 2025 10:21see132

Qızı mənə zəng vurdu dedi ki, nənə ata anamın boğazını kəsdi Kürdəmirdəki dəhşətli qətlin təfərrüatı

29 İyun 2025 20:17see128

Əgər Avropa Birliyi bundan imtina etməsə... Ağ Ev

30 İyun 2025 21:07see125

Yeni virusun əlamətləri nələrdir?

30 İyun 2025 19:12see124

“Azərbaycana həm şimaldan, həm cənubdan təzyiq edilir” Aqil Rüstəmzadə

30 İyun 2025 09:10see122

Əli Əhmədov Moskvaya getməyəcək

29 İyun 2025 23:50see121

Yadplanetlilərə hansı mesaj göndərilib?

30 İyun 2025 06:03see121

Diaspor Komitəsindən açıqlama

29 İyun 2025 22:44see121

Həsrət Məmmədyarov: İldən ilə nəticəmiz daha da yaxşılaşacaq”

30 İyun 2025 00:29see120

Simonyan Paşinyanı təhqir etdi

30 İyun 2025 02:12see120

Doğuş sonrası depressiya və uşaqlara zərər vermə riski

30 İyun 2025 20:25see119

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see119

Zamanın üçüncü ölçüsü kəşf edildi...

29 İyun 2025 20:25see118

Qarabağ darmadağınla qalib gəldi

30 İyun 2025 20:02see117

Qarabağ formalarını Şuşadan təqdim etdi Şəkillər

29 İyun 2025 20:43see117

ABŞ da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub

30 İyun 2025 05:07see116

Ermənistan Rusiyaya rədd cavabı verdi

30 İyun 2025 10:06see115

Mask Trampın təşəbbüsünü sərt tənqid etdi: ABŞ ni borc köləliyinə aparır

30 İyun 2025 03:34see114

Mahir vurdu, komandası qələbə qazandı

29 İyun 2025 19:42see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri