Icma.az
close
up
RU
Şeyx hicab məsələsinin arxasında kimlərin dayandığını AÇIQLADI

Şeyx hicab məsələsinin arxasında kimlərin dayandığını AÇIQLADI

Icma.az bildirir, Modern.az portalına istinadən.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyülislam Allahşükür Paşazadə məktəblərdə vahid geyim forması ilə bağlı müzakirələrə münasibət bildirib.

Modern.az xəbər verir ki, o, Real TV-yə müsahibəsində bu məsələni “hicab qadağası” kimi təqdim edənləri tənqid edib.

Allahşükür Paşazadə vurğulayıb ki, müzakirələrə səbəb olan qərarda hicab ifadəsi yer almır:

“Bunun adını qoyurlar hicab. Əslində, yenə də təkrar etmək istəyirəm ki, qəbul olunan qərarda "hicab"  sözü yoxdur. "Məktəbli geyimi" var. Amma buna "hicab" adını qoyurlar ki, başqa dövlətlərə, insanlara, müsəlmanlara təsir göstərsin. Bu adın qoyulması da məqsədlidir”.

QMİ sədrinin sözlərinə görə, bəzi şəxslər insanların dini hisslərindən istifadə edərək onları dövlətə qarşı yönəltməyə çalışırlar.

“O insanların dinindən, mənəviyyatından istifadə edən adamlar var. Onlardan istifadə edir, dövlətə qarşı qoyurlar. Mən öz dövlətimə və dövlətin bu məsələni də həll edəcəyinə inanıram”, – o bildirib.
QMİ sədri hicab məsələsi ətrafında aparılan müzakirələrdən dövlətə qarşı etiraz yaratmaq üçün istifadə olunduğunu bildirib.

“Elə bil dövlətlə dindarlar arasında bir uçurum yaratmaq istəyirlər. Bu yoxdur. Olmayan yerdə bir şey yaratmaq istəyirlər. Bizim dindarlarımız öz dövlətini, dövlətçiliyini istəyən və onun tərəfdarı olan insanlardır”, – Allahşükür Paşazadə bildirib.

QMİ sədri işğal dövründə məscidlərin dağıdılmasına münasibət göstərməyənlərin indi hicab məsələsini gündəmə gətirməsini tənqid edib. O, Ağdam məscidində heyvanların saxlanılmasını əks etdirən şəkilləri dünyaya, o cümlədən müsəlman dövlətlərinə göndərdiyini xatırladıb:

“Ermənilər gəldilər, dağıtdılar, məscidləri dağıtdılar. Amma bunlar dinmədi, səs çıxarmadılar. Bu qədər məscid dağıldı, heç bir köməklik də göstərmədilər. Amma bu gün hicab məsələsini ortaya qoyaraq dövlətə qarşı etiraz yaratmaq istəyirlər”.

Allahşükür Paşazadə bu cəhdlərin arxasında müəyyən şəxslərin dayandığını söyləyib və onlara müraciət edib:

“Əbəs yerə zəhmət çəkməsinlər, qarşıdurma yaratmaq istəməsinlər. Heç bir şeyə nail ola bilməzlər. Mən buna inanıram”.

QMİ sədri Azərbaycanın əldə etdiyi nailiyyətləri və vətəndaşların həyat tərzini qəbul edə bilməyən qüvvələrin olduğunu da bildirib. O, ölkənin bundan sonra da inkişaf edəcəyinə inandığını vurğulayıb.

Allahşükür Paşazadə dindarları səbirli olmağa çağırıb və onların dövlətə, dövlətçiliyə bağlı olduqlarını qeyd

Allahşükür Paşazadə məsələnin təhsil qurumları və məktəb rəhbərləri vasitəsilə həllini tapacağına ümid etdiyini deyib. O, Prezident İlham Əliyevin İslama münasibətini və islamofobiyaya qarşı mübarizəsini də vurğulayıb.

QMİ sədri hesab edir ki, müzakirələri dini çərçivədən çıxararaq dövlətçiliyə qarşı siyasi qarşıdurmaya çevirmək cəhdləri qəbuledilməzdir:

“Biz dindarlar bu gün öz dövlətimizin və dövlət başçısının yanındayıq. Çünki deyilən məsələlər dini səpkidən çıxarılaraq dövlətə, dövlətçiliyə və dövlət düzəninə qarşı aparılan siyasət kimi qəbul olunur. Bu, qəbuledilməzdir”.

Allahşükür Paşazadə bütün dindarları dövlətçiliyi dəstəkləməyə çağırıb, şəhidlərin və onların ailələrinin adından istifadə edilməsinə qarşı çıxıb.

“Bu dövlət bizə şəhidlərin əmanətidir, şəhid analarının əmanətidir”, – QMİ sədri bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Oktyabr 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri